Keçmiş rəis müavini, polkovnik İldırımzadənin
Kriminal 26 Noy 2024 18:43:00 118 0
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Azərbaycanda jurnalist həbs olundu
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş Qurban Piriyev iştirak etməyib. Hakimlər prosesin hazırkı mərhələdə onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul ediblər. Məhkəmədə zərərçəkmişi vəkil Sadin Rəsulov təmsil edib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyənləşiblər. Qoşqar Məmmədovun vəkili işə yeni qoşulduğunu deyib. Bildirib ki, cinayət işi ilə tanış deyil. O, iş materialları ilə tanış olmaq üçün vaxt istəyib.
Qurban Piriyevin vəkili Sadiq Rəsulov məhkəməyə vəsatət təqdim edib. O, hər üç təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri növbəti iclasda bu vəsatətə münasibət bildirəcəklər. Bildiriblər ki, həbs qətimkan tədbirin seçilməsi ilə bağlı məsələ hazırlıq iclasının qərarından öz əksini tapır, buna görə də hazırkı mərhələdə vəsatət müzakirə oluna bilməz.
Bu səbəbdən Sadiq Rəsulov vəsatətini geri götürdüyünü, növbəti iclasda təkrar verəcəyini deyib. Hakimlər hazırkı mərhələdə vəsatətin geri götürülməsi haqda qərar qəbul ediblər.
Vəkilə cinayət işi ilə tanış olmaq üçün vaxt verilib və proses dekabrın 3-ə təxirə salınıb.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində "başqa yerə getməmək" haqda qətimkan tədbiri seçilib.
Onların əməlindən ziyan çəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Yaponiyanın mərkəzi hissəsində 6,4 bal gücündə zəlzələ baş verib.
Qırmızı ət və bəzi işlənmiş qidalar xərçəng riskini artırmaq potens
Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşı
Məşhur müğənni Elton Con görmə qabiliyyətini itirib.
NATO-nun baş katibi olduqdan sonra ilk dəfə Ankaraya səfər edən Mark Rutte
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Kod adı “Cavanşir" olan “Çaqqal” ləqəbli Ramiz Vəliyev kimidir?
"Müğənni Səidə Dadaşova qonaq olduğu "Gün ortası" verili
Ukraynanın birinci xanımı Yelena Zelenskaya övladları ilə birgə yaşadı�
Türkiyədə 2 gün əvvəl yağan qardan sonra Bayburt şəhəri demək olar k
1, 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81