Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs
Kriminal 26 Noy 2024 17:50:00 103 0
Kod adı “Cavanşir" olan “Çaqqal” ləqəbli Ramiz Vəliyev kimidir?
Bu xəbəri də oxu: “Ümid 2025” incəsənət müsabiqəsi baş tutdu
Bir müddət əvvəl ölkə mediasında COP29 ərəfəsində və beynəlxalq tədbirin ölkəmizdə keçirildiyi dövrdə müxtəlif dairələrin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı sabiq diplomatlardan istifadə edərək təxribatlar hazırlaması barədə məlumat yayılmışdı.
Son.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, kod adı "Cavanşir" olan və uzun müddət xaricdə yaşayan bu şəxslərdən biri artıq istintaq altındadır.
Diplomatiya sistemindən uzaqlaşdırılmış "Çaqqal" ləqəbli Ramiz Vəliyev adlı digər şəxs isə ciddi şübhə obyekti olaraq qalmaqdadır.
Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.
Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb.
Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Məlumata görə, R.Vəliyev şərqşünas olduğunu iddia etsə də, ərəb dilində heç danışa da bilmir.
Sirr deyil ki, Livan müxtəlif qüvvələrin və casus oyunlarının tüğyan etdiyi bir məkandır. Bakıda olduğu müddətdə bu şəxs dövlət qurumlarında təzədən təmaslar qurmağa, məlumatlar toplamağa və ötürməyə çalışıb.
Ramiz Vəliyevin vaxtilə işlədiyi və həmkar olduğu şərqşünaslarla şübhəli əlaqələr həyata keçirdiyi barədə də məlumatlar var.
"Müğənni Səidə Dadaşova qonaq olduğu "Gün ortası" verili
Ukraynanın birinci xanımı Yelena Zelenskaya övladları ilə birgə yaşadı�
Türkiyədə 2 gün əvvəl yağan qardan sonra Bayburt şəhəri demək olar k
1, 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81
Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr d
Noyabrın 2-nə keçən gecə Rusiyanın Moskva vilayətində Azərbaycan mafiya
2 dekabr "Şansonun ürəyi" böyük konserti Opera studiyasının sə
"Möhtəşəm həyat yoldaşım var. Amma tam xoşbəxt deyiləm. Tam xoşb
Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olun
Noyabrın 28-də "Bakı Metropoliteni" QSC Azərbaycanı UEFA Avropa L
Son günlər saxta həkimlərlə mübarizə aparan Amerikada yaşayan jurnalist