Bu seçki dairələrinin hüdudlarında
Digərləri 26 Noy 2024 16:57:00 153 0
1, 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81, 82, 85, 86, 87, 88, 89, 92, 93, 95, 101, 102, 103, 107, 109, 110, 111, 112, 114, 115, 116 və 117 saylı seçki dairələrin hüdudlarında dəyişikliklər edilib.
Bu xəbəri də oxu: İtkin düşən balıqçının qardaşı: "Deyirlər, tutub İrana aparıblar"
Son.az xəbər verir ki, əvvəlcə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov layihə barədə məlumat verib:
"Bələdiyyələrlə bağlı Mərkəzi Seçki Komissiyasında mütəmadi iş aparılır və təkmilləşdirmə işləri həyata keçirilir. Bələdiyyələrin formalaşmasında Mərkəzi Seçki Komissiyası daim müvafiq qurumlarla əməkdaşlıq edib. Biz dairə seçki komissiyaları ilə məsləhətləşmələr aparırdıq. Bu istiqamətdə işlər başa çatdırılıb. Bununla bağlı müvafiq qərar qəbul edilib. Sentyabrda seçki dairələrinin sxemi təsdiqlənib. Hazırda burada dəyişiklik etməyə zərurət yaranıb. Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə 2024-cü il 18 oktyabr tarixli qərarı ilə bələdiyyələrin yeni siyahısı təsdiqlənib. 1 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81, 82, 85, 86, 87, 88, 89, 92, 93, 95, 101, 102, 103, 107, 109, 110, 111, 112, 114, 115, 116 və 117 saylı seçki dairələrin hüdudlarında dəyişikliklərin olunmasına əsaslar yaranıb. Təklif edirəm ki, bu məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin. Bu layihə hazırlanarkən, Seçki Məcəlləsinin 29-cu maddəsi rəhbər tutulub və seçicilərin rahat səsverməsi və digər meyarlar nəzərə alınıb. Yuxarıda qeyd etdiyim kimi, 51 seçki dairəsində dəyişikliklər olacaq. Bu layihənin üzərində diqqətlə işlənilib. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, bayaq qeyd etdiyim dairə seçki komissiyalarının sxemi və qrafik təsviri nəzərə alınmaqla onun hüdudlarında dəyişiklik edilsin, dairə seçki komissiyaları bununla bağlı müvafiq tədbirlər görsün".
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr d
Noyabrın 2-nə keçən gecə Rusiyanın Moskva vilayətində Azərbaycan mafiya
2 dekabr "Şansonun ürəyi" böyük konserti Opera studiyasının sə
"Möhtəşəm həyat yoldaşım var. Amma tam xoşbəxt deyiləm. Tam xoşb
Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olun
Noyabrın 28-də "Bakı Metropoliteni" QSC Azərbaycanı UEFA Avropa L
Son günlər saxta həkimlərlə mübarizə aparan Amerikada yaşayan jurnalist
Rusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı
Rusiyada Talibana qoyulan qadağanın aradan qaldırılması ilə bağlı qanun
Türkiyənin Kocaeli şəhərində oğurluq edən azərbaycanlılardan ibarət d