Bu gün Vardanyan, Arutyunyan və digərlərinin məhkəməsi başlayır


Digərləri 17 Yan 2025 07:10:00 59 0

Bu gün Vardanyan, Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır.

Son.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.

İlin əvvəli bu bürclər üçün çox uğurlu olacaq like
  • 17 Yan 07:01  
Digərləri İlin əvvəli bu bürclər üçün çox uğurlu olacaq

Astroloqlar bürcün bəzi nümayəndələri üçün 2025-ci ilin başlanğıcı

arrow Ətraflı
Fatimənin bahalı avtomobili like
  • 17 Yan 06:47  
Şou-biznes Fatimənin bahalı avtomobili

Rəqqasə Fatimə Fətəliyeva bahalı avtomobilini nümayiş etdirib. 

arrow Ətraflı
Avtomobil sahibləri bir ildə yanacağa nə qədər xərcləyib? like
  • 17 Yan 06:33  
Digərləri Avtomobil sahibləri bir ildə yanacağa nə qədər xərcləyib?

Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən a

arrow Ətraflı
Halitin dəyişimi bəyənilmədi like
  • 17 Yan 06:19  
Şou-biznes Halitin dəyişimi bəyənilmədi

Baş rollarını Halit Ergençlə Mərve Dizdarın paylaşdığı "Kral kay

arrow Ətraflı
2025ci ildə ən yaxşı həyat yaşamaq üçün BÜRCLƏR nələrdən çəkinməlidir like
  • 17 Yan 06:06  
Digərləri 2025ci ildə ən yaxşı həyat yaşamaq üçün BÜRCLƏR nələrdən çəkinməlidir

Hər Bürc işarəsinə 2025-ci ildə ən yaxşı həyatlarını yaşamaq üçü

arrow Ətraflı
Xurmanı çox yeyənlərə zərəri ilə bağlı XƏBƏRDARLIQ like
  • 17 Yan 05:05  
Digərləri Xurmanı çox yeyənlərə zərəri ilə bağlı XƏBƏRDARLIQ

Xurma çoxlarının parlaq dadı və zəngin qida tərkibinə görə sevdiyi dad

arrow Ətraflı
2025ci ilin əvvəli üçün ən yaxşı kameralı 12 telefon like
  • 17 Yan 04:04  
Digərləri 2025ci ilin əvvəli üçün ən yaxşı kameralı 12 telefon

Məşhur YouTube kanalı Tech Spurt ən yaxşı kameralara malik smartfonların

arrow Ətraflı
Portağal qabığını atmayın  Bilinməyən faydaları like
  • 17 Yan 03:03  
Digərləri Portağal qabığını atmayın Bilinməyən faydaları

Portağal qabığı çox vaxt atılan bir tərəf olsa da, çox faydalı xüsus

arrow Ətraflı
Kəhrəbanın içindən 50 milyon il yaşı olan görün nə çıxdı like
  • 17 Yan 02:02  
Digərləri Kəhrəbanın içindən 50 milyon il yaşı olan görün nə çıxdı

Rusiyanın  Kalininqrad kəhrəba kombinatı maraqlı tapıntı əldə edib.

arrow Ətraflı
Ölümcül qripdən necə qorunaq? like
  • 17 Yan 01:01  
Digərləri Ölümcül qripdən necə qorunaq?

Yanvar ayı daxil olandan iki azyaşlı yüksək qızdırmadan dünyasını dəy

arrow Ətraflı
"Mertlə sevgili olduğum üçün pul almamışam" like
  • 17 Yan 00:48  
Şou-biznes "Mertlə sevgili olduğum üçün pul almamışam"

Menecer Ayşe Barıma qarşı aparılan istintaq çərçivəsində dindirilən a

arrow Ətraflı
ABD Malikin başına iş gəldi like
  • 17 Yan 00:19  
Şou-biznes ABD Malikin başına iş gəldi

Keçmiş "Dəyirman" qrupunun solisti ABD Malikin başına iş gəlib.

arrow Ətraflı
Yeni şagird davranış qaydalarının üstünlükləri nələrdir? like
  • 17 Yan 00:10  
Digərləri Yeni şagird davranış qaydalarının üstünlükləri nələrdir?

Artıq ölkə üzrə 300-dən çox məktəbdə tədris zamanı xüsusi hallar is

arrow Ətraflı
Manaf Ağayevdən gündəmi zəbt edən sözləri barədə AÇIQLAMA like
  • 17 Yan 00:03  
Şou-biznes Manaf Ağayevdən gündəmi zəbt edən sözləri barədə AÇIQLAMA

Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin sə

arrow Ətraflı
Günün qoroskopu: yeni gəlir mənbələri haqqında düşünə bilərsiniz like
  • 17 Yan 00:01  
Digərləri Günün qoroskopu: yeni gəlir mənbələri haqqında düşünə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı