Sevindirici xəbər Müavinətlər bu tarixdən ARTACAQ
Digərləri 17 Yan 2025 11:30:00 72 0
"Yaşa görə müavinət pensiya deyil və müavinət olduğuna görə indeksləşdirməyə cəlb olunmur. İndeksləşdirməyə bütün növ əmək pensiyaları cəlb edilir. Bu, yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası və eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızdır. Pensiya indeksləşdirilməsi, əmək pensiyası alan vətəndaşlarımıza şamil olunur".
Bu xəbəri də oxu: Ölkədə bu valyuta ucuzlaşdı
Son.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yaşa görə müavinət bütövlükdə sosial müavinətlərin bir növü kimi çıxış edir:
"Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir.
Məhz həmin təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması üçün Nazirlər Kabinetinə üç ay zamanı verilib. Gözlənilir ki, mart ayının ortalarında sosial müavinətlər, o cümlədən qeyd etdiyimiz istiqamətlər, eləcə də təqaüdlərlə bağlı təkliflər Nazirlər Kabineti tərəfindən təqdim olunacaq. Təbii ki, daha sonra hansı müavinətlərdə və neçə faiz artımın olacağı ilə bağlı rəqəmlər təqdim olunacaq.
Biz yaşa görə müavinətin artırılması ilə bağlı təkliflərimizi təqdim etmişik. Xüsusən nəzərə alınmalıdır ki, minimum pensiya 14,3 faiz artıb, fevral ayında 280 manatdan 320 manata çatıb. Ona görə dəyaşa görə müavinətin artırılması da məqsədəuyğundur. Nazirlər Kabineti tərəfindən təkrar paket təqdim olunduqdan sonra müavinətlərlə bağlı tam artım faizləri təqdim oluna biləcək"./baku.ws
Mlli.Az
Hazırda Azərbaycanda sürülən avtomobillərin əksəriyyəti Amerika bazarı
"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat had
"Google Maps" sizi təkcə A nöqtəsindən B nöqtəsinə istiqamətl
Bakı metropoliteni qatar maşinisti peşəsinə seçim elan edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsi
ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müdd
Liverpul Con Moores Universitetindən Kyoko Yamaquçi və onun tələbəsi Faith
Keçən ay Cənubi Koreyada qəzaya uğrayan və 179 nəfərin ölümünə səb�
Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, sa
Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N
Müğənni Niyam Salaminin bir nəfəri aldadaraq 21 800 manat dəyərində mal�
Türkiyənin Ticarət Nazirliyi insan sağlamlığı üçün təhlükə yaradan