Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər
Digərləri 17 Yan 2025 10:42:00 80 0
Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydalarını təsdiq edib. Yeni sənədlə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması, təqdim edilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.
Bu xəbəri də oxu: Rəsmi xəbərdarlıq edildi Bu köynəkləri qətiyyən geyinməyin!
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda, əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır.
"Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək.
Buraya təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək", - deyə o bildirib.
Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N
Müğənni Niyam Salaminin bir nəfəri aldadaraq 21 800 manat dəyərində mal�
Türkiyənin Ticarət Nazirliyi insan sağlamlığı üçün təhlükə yaradan
Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respub
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İsrail, HƏMAS hərəkatı, A
Teymur Əsgərzadə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İs
Bir vaxtların ən populyar maşını olan "Hyundai Elantra"ya maraq azalıb
"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan i
2024-cü ildə Ukraynadakı hərbi münaqişə Kiyevə 100 milyard dollardan ço
Ssat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağ�
Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarında insanların ə
Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinay�