Bu dərmanın nə koronavirus, nə də metapnevmovirusa təsiri yox imiş ŞOK AÇIQLAMA


Digərləri 17 Yan 2025 09:45:00 72 0

Bu dərmanın nə koronavirus, nə də metapnevmovirusa təsiri yox imiş  ŞOK AÇIQLAMA

Virus infeksiyalarının hökm sürdüyü payız-qış aylarında insanların əczaxanalardan soruşduğu və aldığı əsas dərmanlar antibiotiklərdir. Sözsüz ki, əhali arasında belə bir düşüncə var ki, qripə və ya buna bənzər hansısa virusa yoluxan zaman antibiotik içmək onu müalicə edir. Əslində, araşdırmalar, eyni zamanda həkim rəyləri bunun mif olduğunu təsdiqləyir. Eyni zamanda, yersiz istifadə edilən antibiotiklərin faydadan daha çox ziyan verdiyi məlum olur.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, istənilən virus infeksiyaları zamanı insanlar həkim məsləhəti olmadan əczaxanadan antibiotik alıb içirlər.

"Əslində, antibiotik dediyimiz preparatlar anti-bakterial preparatlardır. Bunlar sadəcə bakteriyaya təsir göstərir. Yəni hər hansı bir virusa təsiri yoxdur. İstər koronavirus olsun, istər qrip olsun, istər metapnevmovirus olsun, bunların heç birinə antibakterial preparatların effektivliyi, təsiri yoxdur. Hər bir antibiotikdən gərəksiz istifadə allergik reaksiyalara səbəb ola bilər.

Hər bir antibiotikin özünün qaraciyər, böyrək toksikliyi, bəzilərinin ürəyə toksik təsiri var. Yəni daxili orqanlara mənfi təsir edir. Bunlardan da əlavə, gərəksiz antibiotik istifadə etmək həm maddi ziyandır, həm də ən böyük problem bu antibiotiklərə qarşı rezistentliyin yaranmasıdır.

Gələcəkdə antibiotik istifadə etmək ehtiyacı yarandığı zaman biz bu bəsit antibiotiklərdən istifadə edə bilməyəcəyik. Çünki ona qarşı artıq rezistentlik yaranır. Bu rezistentlik də bir bakteriyadan digər bakteriyaya, bir insandan digər insana rahatlıqla ötürülə bildiyinə görə, gələcəkdə çətinliklər yaranacaq. Ciddi bir infeksiya olduğu zaman həmin şəxs məcbur olacaq ki, xəstəxana şəraitində yataraq və daha güclü, hətta yan təsirləri belə daha çox olacaq antibiotiklər istifadə etsin",- deyə həkim əlavə edib.

O qeyd edib ki, antibiotikdən gərəksiz istifadədən qaçmaq lazımdır:

"Mən məsləhət görürəm ki, ümumiyyətlə, gərəksiz antibiotikdən istifadə etməkdən qaçaq. Eyni zamanda, həkim məsləhəti olmadan hər hansı bir antibiotik istifadə olunmasın. Əgər antibiotik istifadəsinə ehtiyac yaranıbsa, bunun həkim nəzarəti altında olması daha doğrudur.

Viruslarda antibiotikin hər hansı bir faydası yoxdur. Virus infeksiyasına yoluxan xəstələr başqa insanı yoluxdurmamaq üçün mütləq ev şəraitində istirahət etməli, evdə izolyasiya şəraitində qalmalı, bol maye qəbul edib hərarət salıcı dərmanlardan istifadə etməlidirlər".

Uşaqlara yersiz antibiotik qəbul etdirmək onların sağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşaqlara gərəksiz şəkildə antibiotik vermək qəti qadağandır.

"Çünki uşaqlara vaxtından əvvəl antibiotik veriləndə immunitet zəyifləyir, bu zaman da virusla mübarizə zəyifləyir. Daha sonra bakterial ağırlaşmalar baş verir. Bu zaman təkrar antibiotik verilməsinə ehtiyac duyulur. Yersiz antibiotik veriləndə, əgər daha sonra, həqiqətən də, antibiotikə ehtiyac yaranarsa, bu zaman uşaq ikiqat artıq doza almış olur. Bunun da əlavə təsirləri daha çox olacaq.

Buna görə də valideynlərə məsləhətim budur ki, hər virus infeksiyası baş qaldıran kimi antibiotikə qaçmasınlar. Həkimlə məsləhətləşsinlər. Uşaqlara antibiotik həkim məsləhəti ilə, həkimin təyin etdiyi zamanda və miqdarda verilməlidir. Eyni zamanda, antibiotikin təyin edilməsi üçün qan analizlərinə ehtiyac var. Qan analizində bəzi testlər var ki, antibiotik göstəricisini təyin edir. İltihabi göstəricilərin yüksəlməsinə əsasən antibiotik məsləhət görülür", - deyə o qeyd edib.

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı like
  • 17 Yan 09:40  
Digərləri Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.

arrow Ətraflı
326 milyonluq qaçaqmalçılıqda ittiham olunanlar məhkəmə qarşısında like
  • 17 Yan 09:33  
Digərləri 326 milyonluq qaçaqmalçılıqda ittiham olunanlar məhkəmə qarşısında

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinay�

arrow Ətraflı
Ölkədə bu valyuta ucuzlaşdı like
  • 17 Yan 09:28  
Digərləri Ölkədə bu valyuta ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Hansı hallarda bağışlanmış əmlak geri qaytarılır? like
  • 17 Yan 09:23  
Digərləri Hansı hallarda bağışlanmış əmlak geri qaytarılır?

Birinci dərəcəli qohumluq əlaqəsi olan vətəndaşlar nadir hallarda notari

arrow Ətraflı
Neftin bu günə olan qiyməti like
  • 17 Yan 09:20  
Digərləri Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

arrow Ətraflı
Ukraynanın neçə minlik ordusu var? like
  • 17 Yan 09:16  
Dünya Ukraynanın neçə minlik ordusu var?

"Ukrayna ordusunun sayını azaltmaq planımız yoxdur" .

arrow Ətraflı
“Orduda qadınların potensialından istifadə etməliyik”  Paşinyan like
  • 17 Yan 09:09  
Digərləri “Orduda qadınların potensialından istifadə etməliyik” Paşinyan

"Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir

arrow Ətraflı
Karyerasında uğur qazanacaq 4 bürc  Yaxşı təklif alacaqlar like
  • 17 Yan 08:59  
Digərləri Karyerasında uğur qazanacaq 4 bürc Yaxşı təklif alacaqlar

2025-ci ildə çox şeyi məntiqlə deyil, intuisiya və hisslər həll etməli

arrow Ətraflı
Yeni ayaqqabısından bir günə 2,3 milyon dollar qazandı like
  • 17 Yan 08:44  
Şou-biznes Yeni ayaqqabısından bir günə 2,3 milyon dollar qazandı

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest öz�

arrow Ətraflı
Çimnaz Sultanovanın arxiv kadrları  "Qoy mənə nifrət etsinlər" like
  • 17 Yan 08:35  
Şou-biznes Çimnaz Sultanovanın arxiv kadrları "Qoy mənə nifrət etsinlər"

Ötən gün dünyasını dəyişən tanınmış aktrisa Çimnaz Sultanovanın ar

arrow Ətraflı
Bir milyonluq ordu hərəkətə keçir  Zəngəzurdan hücum planı like
  • 17 Yan 08:26  
Siyasət Bir milyonluq ordu hərəkətə keçir Zəngəzurdan hücum planı

"İrana hücum üçün bir milyondan çox hərbi qüvvə bu ölkəni mühas

arrow Ətraflı
Blinken Ərdoğandan kömək istəyib like
  • 17 Yan 08:11  
Digərləri Blinken Ərdoğandan kömək istəyib

ABŞ dövlət katibi Antoni Blinken HƏMAS ilə İsrail arasında əldə olunan

arrow Ətraflı
9 bal gücündə zəlzələ gözlənilir: Hökumət hazırlıq görür like
  • 17 Yan 08:04  
Dünya 9 bal gücündə zəlzələ gözlənilir: Hökumət hazırlıq görür

Yaponiya güclü zəlzələyə hazırlaşır. 8-9 bal gücündə təkanların ba

arrow Ətraflı
Vahid Ələkbərovun oğlu vəzifəsini tərk edir like
  • 17 Yan 07:53  
Digərləri Vahid Ələkbərovun oğlu vəzifəsini tərk edir

Rusiyanın "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərovun o�

arrow Ətraflı
“Əl Ərəbiyyə”: Həmas və İsrail Qəzzada atəşkəs imzaladı like
  • 17 Yan 07:36  
Dünya “Əl Ərəbiyyə”: Həmas və İsrail Qəzzada atəşkəs imzaladı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxla

arrow Ətraflı