Prezident fərman imzaladı
Siyasət 23 Noy 2024 17:42:00 98 0
Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Bu xəbəri də oxu: Qazaxıstanın XİN rəhbəri Ceyhun Bayramova zəng edib
Son.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli; normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, Naxçıvan şəhərində də istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri göstərəcək.
Koreyanın "Hyundai" şirkəti ABŞ-də 145 min elektromobilini geri �
"Onu Allaha tapşırmışdım, indi televizora evdən baxır"
Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər han
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Azərbaycan Dövlət Su
Məşhur türkiyəli rok müğənnisi Teomanın verdiyi açıqlama diqqət çə
Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuç
KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və rusların ələ keçir
Tünd şokolad az miqdarda yeyildikdə orqanizm üçün heç də zərərli deyil
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli M�
"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat
Nazirlər Kabineti "Nümayəndəlik xərclərinin, işçilərin mənzil və
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci