Bu təhsil müəssisələri ilə bağlı qaydalar təsdiqləndi


Digərləri 23 Noy 2024 16:20:00 116 0

Bu təhsil müəssisələri ilə bağlı qaydalar təsdiqləndi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası təsdiqlənib.

Son.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"də bu Qərarla təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində həyata keçirilməsini təmin etməli; bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Bu Qayda "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanıb və 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri) qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara dövlət büdcəsinin vəsaiti hesabına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

Bu Qaydada ödəmələr dedikdə "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanına əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara verilən birdəfəlik ödəmə, təqaüd, ailə üzvlərinə maddi yardım və hesabda yığılan ödəniş nəzərdə tutulur.

Bu Qaydaya əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara ödəmələr dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bu Qaydanın məqsədləri üçün kursantın ailə üzvləri dedikdə: 1

atası və ya anası;

arvadı (əri);

bu Qaydada qeyd edilən ailə üzvləri olmadığı hallarda kursantın himayədə olduğu babası, nənəsi, qardaşı, bacısı və ya qanunla müəyyən edilmiş qaydada himayəçi təyin edilmiş digər şəxs nəzərdə tutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantlara birdəfəlik ödəmə aşağıdakı qaydada ödənilir:

xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantların təhsilə başlaması haqqında həmin müəssisənin rəhbərinin müvafiq əmri imzalandıqdan sonra növbəti 15 əməliyyat günü müddətində;

xüsusi təyinatlı təhsil müəssisəsi tərəfindən birdəfəlik ödəmənin məbləği kursantın pul təminatı üçün bu Qaydada göstərilən hesaba köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara təqaüdün verilməsi Universitet tərəfindən Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, sistem əhəmiyyətli banklar sırasından müəyyən etdiyi agent bankda (bundan sonra - agent bank) kursantın adına açılmış bank hesabına köçürülməklə tədris ilinin hər ayı üçün növbəti ayın birinci ongünlüyündə həyata keçirilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə təhsil alan kursantların ailə üzvlərinə maddi yardım aşağıdakı qaydada ödənilir:

Universitet tərəfindən bu Qaydada qeyd olunan və kursantın forması bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilən yazılı ərizəsində göstərdiyi şəxslərdən birinin agent bankda açılmış bank hesabına köçürülür;

kursantın təhsil aldığı müddətdə maddi yardım bu Qaydaya uyğun olaraq hər ay üçün növbəti ayın birinci ongünlüyündə ödənilir.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlar üçün ödənişin hesabda yığılması aşağıdakı qaydada həyata keçirilir:

Universitet tərəfindən ödənişlərin yerləşdirilməsi məqsədilə agent bankda bank hesabı açılır;

"Yazırlar ki, uşağın atasının kimliyini bilirlər"  FOTO like
  • 23 Noy 16:15  
Şou-biznes "Yazırlar ki, uşağın atasının kimliyini bilirlər" FOTO

"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat

arrow Ətraflı
Nümayəndəlik xərcləri ilə bağlı like
  • 23 Noy 16:10  
Digərləri Nümayəndəlik xərcləri ilə bağlı

Nazirlər Kabineti "Nümayəndəlik xərclərinin, işçilərin mənzil və

arrow Ətraflı
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı like
  • 23 Noy 16:07  
Siyasət İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci

arrow Ətraflı
Prezident bu şəxsləri təltif etdi like
  • 23 Noy 16:05  
Siyasət Prezident bu şəxsləri təltif etdi

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında

arrow Ətraflı
Uçan naməlum obyektlər var? – Pentaqonun like
  • 23 Noy 16:04  
Dünya Uçan naməlum obyektlər var? – Pentaqonun

Pentaqon naməlum uçan obyektlərin müşahidələri ilə bağlı məxfilikdən

arrow Ətraflı
Azərbaycana casusluqda ittiham olunan Qalstyana 18 il like
  • 23 Noy 16:03  
Digərləri Azərbaycana casusluqda ittiham olunan Qalstyana 18 il

Ermənistanda Azərbaycana casusluqda ittiham edilən keçmiş məmur Sərkis Qa

arrow Ətraflı
Xərçəng sağlamlığa zərər vermədən like
  • 23 Noy 15:53  
Digərləri Xərçəng sağlamlığa zərər vermədən

Tədqiqat zamanı bir qrup alim praktiki olaraq xərçəngi insan sağlamlığı

arrow Ətraflı
Dayısının 14 yaşlı qızı ilə evlənmişdi  bu cəzanı aldı like
  • 23 Noy 15:42  
Kriminal Dayısının 14 yaşlı qızı ilə evlənmişdi bu cəzanı aldı

Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaq�

arrow Ətraflı
Keçmiş deputat öldü like
  • 23 Noy 15:35  
Digərləri Keçmiş deputat öldü

Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.

arrow Ətraflı
"Tramp Ukrayna münaqişəsinə son qoya bilər" like
  • 23 Noy 15:32  
Dünya "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin

arrow Ətraflı
Onlara yüksək vəzifə verildi like
  • 23 Noy 15:27  
Digərləri Onlara yüksək vəzifə verildi

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatlar�

arrow Ətraflı
Bu tarixdən hava korlanacaq like
  • 23 Noy 15:25  
Digərləri Bu tarixdən hava korlanacaq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Az

arrow Ətraflı
Taksi Bakıya gələn qonağı şəhərə 139 manata gətirdi  DİNdən like
  • 23 Noy 14:55  
Digərləri Taksi Bakıya gələn qonağı şəhərə 139 manata gətirdi DİNdən

Bakıda COP29-da iştirak etmək üçün Afrikadan gələn əcnəbi qonağı tak

arrow Ətraflı
Boyalarını yeyən rəssam kim idi?  FOTOlar like
  • 23 Noy 14:23  
Kriminal Boyalarını yeyən rəssam kim idi? FOTOlar

Tarix göstərir ki, dünyaşöhrətli rəssamların əsərləri kimi həyatlar�

arrow Ətraflı
Qaynatasını "pol taxtası" ilə döyən gəlinin like
  • 23 Noy 14:00  
Kriminal Qaynatasını "pol taxtası" ilə döyən gəlinin

Hacıqabul rayonunda qaynatasını döşəmə təmizləyən taxta ilə döyən g

arrow Ətraflı