Bakı İrəvandan təzminat tələb etdi:


Siyasət 21 Noy 2024 12:14:00 104 0

Bakı İrəvandan təzminat tələb etdi:

Azərbaycan növbəti əhəmiyyətli addımı atıb. Ermənistan əleyhinə Haaqadakı Daimi Arbitraj Məhkəməsinə əsas iddia sənədinin təqdim edilməsi 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərin enerji resurslarından qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin ödənilməsi üçün yeni mərhələ açdı. Bu hüquqi proses yalnız vacib presedent deyil, həm də dövlətlərin suveren hüquqlarının qorunması ilə bağlı qlobal müzakirələrin əsas elementi hesab olunur.

Rəsmi Bakı bəyan edib ki, Ermənistan işğal müddətində Azərbaycanın təbii və enerji resurslarına, o cümlədən strateji obyektləri - Sərsəng su anbarını və Tərtər su-elektrik stansiyasını - barbarcasına istismar edib. Bu obyektlər yalnız qanunsuz istismar edilməyib, həm də Ermənistanın daxili enerji şəbəkəsinə qoşulub, nəticədə Azərbaycanın resurslarından öz enerji ehtiyaclarını ödəmək üçün istifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Ermənistan "yalnız enerji resurslarını istismar etməyib, həm də onları qanunsuz olaraq öz enerji sisteminə qoşub". Bu hərəkət beynəlxalq hüquq və Enerji Xartiyası müqaviləsinin əsas prinsiplərinə ziddir.

Azərbaycan Ermənistanın enerji resurslarının qeyri-qanuni istismarına dair çoxsaylı pozuntularını diqqətə çatdıraraq əsas iddia sənədini Haaqadakı Daimi Arbitraj Məhkəməsinə təqdim etdi. Bu addım 27 fevral 2023-cü ildə başlanan və Ermənistana arbitraj barədə bildiriş göndərilməsi ilə başlayan hüquqi prosesin davamı idi. İddia beynəlxalq hüququn təmin edilməsinə dair vacib presedent yaradır.

Azərbaycanın mövqeyi beynəlxalq hüququn aşağıdakı əsas sənədlərinə əsaslanır:

1. BMT Baş Assambleyasının 1803 (XVII) qətnaməsi (1962): Dövlətlərin öz təbii resurslarına suveren hüquqlarını tanıyır. Azərbaycan vurğulayır ki, Ermənistan işğal dövründə bu hüquqları kobud şəkildə pozaraq, Azərbaycanın enerji resurslarını qanunsuz istismar edib.

2. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (1966) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (1966): Bu sənədlər xalqların öz təbii sərvətlərini sərbəst idarə etmək hüququnu təsdiqləyir. Ermənistanın işğal dövründə enerji resurslarından istifadəsi bu prinsiplərə ziddir.

3. Enerji Xartiyası Müqaviləsi (EXM): Hər iki tərəf bu müqavilənin iştirakçısıdır. Ermənistanın Azərbaycanın enerji resurslarını qeyri-qanuni istismarı, müqavilədəki öhdəliklərə ziddir.

Ermənistanın pozuntularına dair faktlar və sübutlara gəldikdə isə, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğu 30 il ərzində ermənilər Kəlbəcər və Laçın rayonlarında neft və nadir metalların hasilatı ilə məşğul olub. Bu resurslar üçüncü ölkələr vasitəsilə qanunsuz ixrac edilib. Bundan başqa, işğal dövründə Tərtər çayındakı su elektrik stansiyaları istismar edilmiş və ya dağıdılmış, bu isə Azərbaycanın enerji müstəqilliyinə ciddi ziyan vurub. Azərbaycan məhkəməyə peyk görüntüləri, maliyyə sənədləri və şahid ifadələri daxil olmaqla çoxsaylı sübutlar təqdim edib.

Enerji Xartiyası Katibliyi və Beynəlxalq Arbitraj İnstitutunun hesabatları Azərbaycanın iddiasını qanuni hesab edir. Beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis, professor Mark Stivensonunsa fikrincə, sözügedən iddia beynəlxalq hüquqda mühüm presedent yaradacaq. Avropa Enerji Tədqiqatları Mərkəzinin analitiki Kamilla de Vinterin qənaətinə görə, Azərbaycanın təqdim etdiyi sübutlar beynəlxalq standartlara tam uyğundur.

Ən nəhayət, "Financial Times" və "Euronews" rəsmi Bakının bəhs etdiyimiz iddiasını "ədalətə doğru tarixi addım" kimi dəyərləndiriblər.

Rəsmi Bakı Ermənistandan ərazilərimizdəki təbii ehtiyatlardan və xüsusilə də enerjidaşıyıcıları mənbələrnindən qeyri-qanuni istifadə nəticəsində dəyən 2 milyard ABŞ dollarından artıq ziyanın ödənilməsini, işğal dövründə ölkəmizə vurulmuş ekoloji ziyanın bərpasını və Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq pozuntusu kimi tanınmasını tələb edir.

Fransız analitik Jak Lemyer vurğulayır ki, "Azərbaycanın iddiası beynəlxalq hüququn gücünü və ədaləti bərpa etməyə yönəlib." Ermənistandan isə məsuliyyəti inkar edən bəyanatlar gəlməkdədir, lakin müstəqil ekspertlər bu mövqeyi zəif hesab edirlər.

Rəsmi Bakının Haaqa məhkəməsindəki bu iddiası yalnız maddi ziyanı bərpa etməklə məhdudlaşmır, həm də beynəlxalq hüququn qorunması üçün mühüm bir presedent yaradır.

Azərbaycanın ilkin hesablamalarına görə, resursların qeyri-qanuni istismarından irəli gələn ümumi ziyan aşağıdakı sahələri əhatə edir:

Su-elektrik enerjisi: Tərtər Su Elektrik Stansiyası və digər obyektlər onilliklər boyu Ermənistan iqtisadiyyatını enerji ilə təmin edib.

Bərpa olunan enerji mənbələri: Günəş və külək enerjisi resursları ekoloji standartlar nəzərə alınmadan istismar olunub.

Təbii resurslar: Kənd təsərrüfatı məhsulları və faydalı qazıntılar qeyri-qanuni şəkildə çıxarılaraq daşınıb.

Ekspertlər hesab edir ki, təzminatın məbləği resursların qanunsuz istifadəsi və infrastrukturun amortizasiyası da daxil olmaqla, milyardlarla ABŞ dollarına çata bilər. Azərbaycanın hökuməti ekoloji ziyanın ödənilməsini xüsusi vurğulayır, bu isə xüsusilə COP29-un Bakıda keçirilməsi kontekstində aktuallıq qazanır.

Tarixi nümunələr, o cümlədən İkinci Dünya Müharibəsi zamanı qanunsuz resurs çıxarılmalarına görə Almaniyaya qarşı tətbiq olunan kompensasiyalar, belə iddialar üçün hüquqi pretsedentlərin mövcud olduğunu göstərir. Bu halda Ermənistan təkcə maddi ziyanı ödəməklə kifayətlənməyəcək, həm də beynəlxalq normaların pozulmasına görə cərimələr ödəməyə məcbur ola bilər.

Beynəlxalq arbitraj üzrə tanınmış ekspert Maykl Qrin qeyd edib: "Azərbaycanın iddiası beynəlxalq ədalət sisteminin sınağıdır. Əgər Haaqa məhkəməsi tələblərin əsaslı olduğunu tanısa, bu, bütün ölkələrə işğal olunmuş ərazilərdə resursların istismarının yolverilməzliyinə dair siqnal verəcək."

Azərbaycanın Ermənistan əleyhinə Haaqadakı Daimi Arbitraj Məhkəməsinə müraciəti ikitərəfli münaqişənin hüdudlarından kənara çıxır. Bu proses suveren hüquqların, ədalətin və beynəlxalq normalara hörmətin qorunması məsələsidir.

Bu prosesdə Azərbaycanın uğuru onun beynəlxalq arenadakı mövqeyini gücləndirəcək və qeyri-qanuni resurs istismarına məruz qalan digər ölkələr üçün əhəmiyyətli pretsedent yaradacaq.

Qədim Roma filosofu Senekanın sözləri ilə desək: "Ədalət bizə verilən deyil, bizim etdiyimiz bir şeydir." Azərbaycan öz hüquqlarını müdafiə edərək beynəlxalq ədalət və hüququn gücləndirilməsi yolunda mühüm bir nümunə yaradır.

Azərbaycanın Ermənistan əleyhinə Haaqadakı Daimi Arbitraj Məhkəməsinə müraciəti güclü hüquqi bazaya, beynəlxalq normalara və konkret faktlara əsaslanır. Bu proses təkcə ədalətin bərpası üçün bir addım deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa olan bağlılığını nümayiş etdirir. Bu işlə bağlı hadisələr dövlətlərin suverenliyinə hörmətin və beynəlxalq hüquq normalarına riayət edilməsinin zəruriliyini vurğulayan mühüm presedent yarada bilər.

Elçin Alıoğlu TREND

Pensiyalarla bağlı Sahil Babayevdən VACİB AÇIQLAMA like
  • 21 Noy 12:12  
Digərləri Pensiyalarla bağlı Sahil Babayevdən VACİB AÇIQLAMA

Azərbaycanda təxminən 1 milyon 100 min nəfər pensiyaçı var.

arrow Ətraflı
İşsiz şəxslərə ŞAD XƏBƏR: 130 min nəfərə like
  • 21 Noy 12:07  
Digərləri İşsiz şəxslərə ŞAD XƏBƏR: 130 min nəfərə

Növbəti ildə işədüzəltmə hədəfimiz 130 min nəfərdir. Cari ilin 10 ay

arrow Ətraflı
Gələn il pensiyalar 500 manatı keçəcək  Nazir AÇIQLADI like
  • 21 Noy 11:59  
Digərləri Gələn il pensiyalar 500 manatı keçəcək Nazir AÇIQLADI

Növbəti ildə bizim əmək pensiyalarının orta aylıq göstəricisinin 531 m

arrow Ətraflı
Efirdəki ekspertləri ifşa etdi like
  • 21 Noy 11:56  
Şou-biznes Efirdəki ekspertləri ifşa etdi

Televiziyalarda, xüsusən sosial verilişlərdə aparılan müzakirələr zaman

arrow Ətraflı
Bu bürclərin adamları nə qədər içsələr də, like
  • 21 Noy 11:46  
Digərləri Bu bürclərin adamları nə qədər içsələr də,

Astroloqların fikrincə, belə insanlar içkilərdəki dərəcəni belə hiss e

arrow Ətraflı
Generalın oğluna yüksək vəzifə verildi like
  • 21 Noy 11:44  
Digərləri Generalın oğluna yüksək vəzifə verildi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olu

arrow Ətraflı
Bazarlarda bu tərəvəzin qiyməti 5 dəfə bahalaşdı: Məhsul azdı like
  • 21 Noy 11:20  
Digərləri Bazarlarda bu tərəvəzin qiyməti 5 dəfə bahalaşdı: Məhsul azdı

Bazarlarda bir çox tərəvəzin qiyməti artdığı kimi göyərtinin də qiym�

arrow Ətraflı
Dünya reytinqində olan Azərbaycan universitetləri  like
  • 21 Noy 11:19  
Digərləri Dünya reytinqində olan Azərbaycan universitetləri

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP

arrow Ətraflı
40dan çox marşrutun fəaliyyəti like
  • 21 Noy 11:15  
Digərləri 40dan çox marşrutun fəaliyyəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yer�

arrow Ətraflı
24 yaşlı idmançı faciəvi şəkildə öldü  FOTO like
  • 21 Noy 11:10  
Dünya 24 yaşlı idmançı faciəvi şəkildə öldü FOTO

Gənc dalğıc Jade Kahukore-Dixon Chatham köpək balığının hücumuna mər

arrow Ətraflı
Leyla Bəşirovaya yüksək vəzifə verildi like
  • 21 Noy 10:57  
Digərləri Leyla Bəşirovaya yüksək vəzifə verildi

Psixiatr Leyla Bəşirovaya yüksək vəzifə tapşırılıb.

arrow Ətraflı
Ermənistanda Türkiyə hərbçilərinə qarşı hörmətsizlik  VİDEO like
  • 21 Noy 10:54  
Digərləri Ermənistanda Türkiyə hərbçilərinə qarşı hörmətsizlik VİDEO

Ermənistanda hərbçilər arasında güləş üzrə dünya çempionatında Tür

arrow Ətraflı
Orxan Fikrətoğlunu ələ saldılar: “Zorxana leksikonu, populist tv aparıcısı mövqeyi...” like
  • 21 Noy 10:50  
Şou-biznes Orxan Fikrətoğlunu ələ saldılar: “Zorxana leksikonu, populist tv aparıcısı mövqeyi...”

"Filmlər artıq pavilyonlarda istehsal olunur. Süni intilekt,dijital zək

arrow Ətraflı