50 il bundan əvvəl başlayan yol
Digərləri 20 Noy 2024 16:00:00 121 0
Şimali Kipr Türk Respublikasının taleyi düz 50 il bundan əvvəl Kipr Sülh Hərəkatı ilə həll olunub.
Bu xəbəri də oxu: Bakıda kişi arvadının geyiminə görə toyda dava saldı
Son.az modern.az-a istinadən xəbər verir ki, 1974-cü ilin iyulun 20-də başlanan hərəkatla Kipr türkləri uzun illər çəkdikləri ağrı və məşəqqətlərə son qoymağı bacarıblar. Türkiyənin ovaxtkı Baş naziri Bülənt Ecevitin birbaşa rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində adada türklərə qarşı aparılan soyqırımına son qoyulub.
Kipr Sülh Hərəkatı nəticəsində adanın 37 faizi türklərin nəzarətinə keçib, adanın Yunanıstan tərəfindən ilhaqının qarşısı alınıb. Həmçinin ölkənin bugünkü sərhədləri müəyyənləşib, 1975-ci il fevralın 13-də Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti seçilib.
ŞKTR artıq 41 ildir ki, 15 noyabr tarixini Milli müstəqillik günü kimi qeyd edir.
Bu günədək müstəqilliyi tanınmayan Şimali Kipr Türk Respublikasından fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.
Şimali Kipr müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarıprezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlayıb və adambaşına düşən ümumi daxili məhsul (ÜDM) gəliri üç dəfədən çox artıb. Tətbiq olunan embarqoların ölkə iqtisadiyyatının inkişafına təsiri istər-istəməz özünü göstərir.
Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda təmsil olunan Şimali Kiprin tezliklə tamhüquqlu üzv olması gözlənilir.
Ölkənin rəsmi dili türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur.
Hazırda ölkədə Şimali Kipr Türk Respublikasının yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilir. Belə tədbirlərdən biri də bugünlərdə Lefkoşa şəhərində Fazıl Küçük bulvarında təşkil olunub. Paradı ŞKTC-nin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, millət vəkilləri, yüksək rütbəli hərbçilər, siyasi partiyaların nümayəndələri və başqaları izləyiblər. Paradda çıxış edən Prezident Ersin Tatar ŞKTC-nı Türk dünyasının ayrılmaz hissəsi adlandırıb və vurğulayıb ki, onların yeganə arzusu inamlı inkişaf, təhlükəsizlik və sülhdür.
"Yavru vətən" adlandırılan Şimali Kiprlə Azərbaycan arasında mehriban münasibətlər mövcuddur. Ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə turizm, elm və təhsil əlaqələri möhkəmdir. Cari ilin aprelində Azərbaycan - Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradılması əlaqələrimizin genişlənməsinin təzahürüdür.
Təsadüfi deyildir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə xüsusi önəm verməsini və bu istiqamətdə mövqeyini yüksək qiymətləndirir. Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım kimi dəyərləndirən Ersin Tatar dəfələrlə Lefkoşanın Bakı və Ankara ilə "Bir millət, üç dövlət" kəlamı ruhunda dialoq qurduğunu da vurğulayıb. Dövlətimizin başçısının cari ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə ŞKTC Prezidentini də dəvət etməsi bütün məqamlara aydınlıq gətirir.
Türkiyənin məşhur aktyorlarından biri olan Engin Altan Düzyatan Bakıdad�
Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı, iqti
Baş ağrısını aradan qaldırmaq üçün təbii üsullar bəzən dərmansız
60%-ə qədər zənginləşdirilmiş 180 kiloqramdan çox uran toplayan İran eh
Oktyabrın 10-dan noyabrın 19-dək Başqırdıstan rəhbəri Radiy Xabirovun xi
Xarici siyasət eskalasiyası ilə əlaqədar Moskva birjasının indeksi çök�
20 noyabr 2024-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon
Əməkdar artist Aygün Bəylərin bacısı, sənətçinin mahnılarının müə
2025-ci il bəzi bürclər üçün şanslı olacaq. Onların həm eşqdə bəxti
BMT-nin İqlim Dəyişmələri Konfransında Sberbankın xüsusi sessiyası keç
Armavir vilayətinin qubernatoru David Xudatyan ərazi idarəetmə və infrastru
Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı barədə maraqlı açıqlama verib
Türk musiqisinin gənc müğənnilərindən olan solist Duyğu Kiraz dünyası
Türkiyədə yaşan hadisə görənləri təəccübləndirib.