COP29 kritik qlobal iqlim problemlərinin həllinə yönəlib
Dünya 15 Noy 2024 15:49:00 92 0
COP29 iqlim maliyyələşdirilməsinə, təsirin azaldılmasına və uyğunlaşmaya xüsusi diqqət yetirərək kritik qlobal iqlim problemlərinin həllinə yönəlib.
Bu xəbəri də oxu: Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın onlayn nəşri "La Gazette du Caucase"nin məqaləsində deyilir.
"La Gazette du Caucase" Prezident İlham Əliyevin COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində səsləndirdiyi sözlərinə istinad edərək yazır:
"Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında, həmçinin, qlobal Cənub və Şimal arasında əlaqə nöqtələri tapmağa çalışacaq. Prezident İlham Əliyev son 4 ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında Azərbaycanın səmərəli liderliyini vurğuladı ki, bu ölkənin qlobal təşəbbüsləri həyata keçirməkdə geniş təcrübəsinin sübutudur".
"11 noyabrda Bakıda qlobal iqlim konfransı - COP29 işə başlayıb. Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə, 11 dekabr 2023-cü ildə keçirilən COP28-in plenar iclasında yekdilliklə ev sahibi kimi təsdiq olunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqlim təşəbbüslərinə töhfə verməyə sadiqdir və ölkənin ekoloji proqramı quruda 135 QVt və dənizdə 157 QVt həcmində qiymətləndirilən bərpa olunan enerji mənbələrinin əhəmiyyətli potensialının üzə çıxarılmasına yönəlib.
Azərbaycan artıq bu potensialın istifadəsində mühüm uğurlar əldə edib, o cümlədən, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən tikilən regionun ən böyük 230 MVt gücündə günəş elektrik stansiyasına investisiya qoyub. Bundan əlavə, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 240 MVt potensiala malik külək elektrik stansiyası tikir.
COP29-un keçirilməsi zamanı bp şirkəti ilə 4 il əvvəl Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi barədə müqavilə imzalanacaq.
"Bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalının dekarbonizasiyasını təmin edəcək", - Prezident İlham Əliyev bildirib.
O, həmçinin, vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək təxminən 6 QVt günəş, külək və hidroelektrik stansiyalarının tikintisini planlaşdırır. Ümumilikdə, ölkə artıq 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə müqavilə və Anlaşma Memorandumları imzalayıb.
Ölkənin ekoloji proqramı, həmçinin, daxili bölgələri, o cümlədən, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını əhatə edir ki, onlar da yaşıl zonalar elan olunub.
2020-ci ildə azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur regionlarında ümumi 10 000 MVt-lıq alternativ enerji potensialı müəyyən edilib. Bu regionlar hidroenerji, günəş enerjisi, külək və geotermal mənbələr daxil olmaqla, demək olar ki, bütün növ bərpa olunan resurslara malikdir.
Naxçıvandan sonra Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəş potensialına görə ikinci yerdədir: bu rayonlarda kvadrat metrə düşən günəş radiasiyası ildə 1600-1700 kVt-saat təşkil edir və ümumi güc 7200 MVt-dır. Külək potensialı xüsusilə Kəlbəcər və Laçın rayonlarında yüksəkdir, burada orta illik külək sürəti saniyədə 10 metrə çatır və Qarabağın dağlıq ərazilərində 2000 MVt-lıq potensial mövcuddur. Bundan əlavə, Kəlbəcər, Laçın və Şuşa rayonlarında gündəlik hasilatı 4000-5000 kubmetr olan termal suların əhəmiyyətli ehtiyatları var.
Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda yaşıl enerji mənbələrinin iqtisadi potensialı 27 QVt təşkil edir ki, bunun da 3 QVt-ı külək enerjisi, 23 QVt-ı günəş enerjisi, 380 MVt bioenerji potensialı və 520 MVt dağ çaylarının potensialıdır.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya edib, 2000-ci ildə isə qlobal istiləşməyə səbəb olan istixana qazlarının emissiyasını məhdudlaşdıran 1997-ci il Kioto Protokoluna qoşulub. Daha sonra Azərbaycan 2015-ci il Paris Sazişi üzrə öhdəliklərini təsdiqləyərək, istixana qazı emissiyalarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb", - "La Gazette du Caucase" yazır.
2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ko
Müğənni Nəfəsin oğluna həkimlər diaqnoz qoyublar.
Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən D
Amerikalı alimlər Yuta ştatında ən qədim canlı orqanizmi aşkar ediblər.
Aparıcı Xoşqədəm Hidayətqızı keçirtdiyi ağır xəstəlikdən danışı
Noyabrın ikinci yarısı 3 bürc bürcünə yeni maliyyə perspektivləri gəti
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Aksarayda 26 yaşlı əsgər məzuniyyətə getdiyi evində dünyasını dəyiş
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan
Donald Trampın Ağ Evə qayıdışı ilə Amerika qlobal iqlim siyasəti məsə
Rusiyanın Xalq artisti Filipp Kirkorov axtarışa verilib.
Sığorta şirkətini aldatmağa çalışan 4 nəfər saxlanılıb.
Süni intellektlə turbulentliyin qarşısı alınacaq.