COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar?
Digərləri 11 Noy 2024 09:15:00 81 0
Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə hava limanına vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Bu xəbəri də oxu: Nüvə enerjisi COP29da xüsusi rol oynamalıdır –
Şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.
COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu "28 May" m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə "Əhmədli" m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.
Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.
Xatırladaq ki, Bakı hava limanının qarşısındakı dayanacaq zonası 14 noyabr tarixinədək xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.
Kanadada aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin,
Son.az musavat.com-a istinadən bildirir ki, astroloqlara görə, bu üç bürc
İraqda qızların evlilik yaşının iki dəfə azaldılması ilə bağlı qanu
Avtomobillərə həkk olunan yazılar qəza riskini artırır.
Polşanın qərbindəki Poznan şəhərindəki stansiyalardan birində baş ver�
Elektromobil sahibinin soyuq havada avtomobilinin daha az məsafə qət etməsin
Alimlər açıqlayıb ki, inək südü, o cümlədən yağsız süd, tərkibind�
Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bir çox alışqanlığ�
Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişi
Ötən əsrin 90-cı illərində şöhrətinin zirvəsinə yüksəlmiş və &quo
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişik
Toyota Las-Veqasda keçirilən SEMA sərgisində xüsusi olaraq yolsuzluq həvə
Goranboy rayon İcra Hakimiyyətində vəzifəli şəxs işindən azad edilib.
Belçika Krallığının Baş naziri Aleksandr De Kro noyabrın 11-də BMT-nin �