Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı
Siyasət 09 Noy 2024 18:06:00 112 0
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu xəbəri də oxu: “Minsk Qrupu ləğv edilməlidir”
Bu barədə Trend-ə komissiyadan məlumat verilib.
Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları Müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:
"Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur. Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün "İllik Bakı Dialoqu"nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
Dövlət Komissiyası itkin düşmüş şəxslər məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək".
Stres və narahatlıq gündəlik həyatın bir hissəsinə çevrilmiş vacib zeh
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə paylaşım
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskiyə A
Amerikalı müğənni Beyonse "Qremmi" musiqi mükafatına nominasiyal
ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb
Lüks avtomobil istehsalçısı olan Britaniyanın "Bentley" şirkəti
1933-cü ildə çəkilmiş "Ekstaz" adlı bir çex filmi tarixin ilk e
Uels Şahzadəsi Vilyam ilk dəfə xərçəng xəstəliyindən əziyyət çəkə
Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qeyri-sağlam qidala
2024-cü il noyabrın 8-də "Global Witness" adlı beynəlxalq QHT apa
COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şi
Ən qədim kitab mağazası olan Bertrand 1732-ci ildə Portuqaliyada fransız P
Donald Trampın ABŞ-da prezident seçkiləri zamanı səsləndirib rəqs etdiyi