Kombi mövsümü yetişdi: Nələrə diqqət etmək lazımdır?


Digərləri 02 Noy 2024 15:30:00 78 0

Kombi mövsümü yetişdi: Nələrə diqqət etmək lazımdır?

Havalar yavaş-yavaş soyuyur. Kombi mövsümü gəlir. Artıq evlərində kombini işə salanlar da var. Bəs bu cihazlar haqqında nələri bilməliyik? Onlara necə qulluq etməliyik? Kombini işə salmazdan öncə etməli olduğumuz hansı vacib məqamlar var?

Son.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Esenjorlu və mis borulu kombilər

Kombi satışı ilə məşğul olan Sənan Məhərrəmov bu cihazları alarkən diqqət edilməli məqamları açıqladı:

"İnsanlar kombi alarkən esenjoruna diqqət etsinlər. Daxili boruları mis olsa, daha yaxşıdır. Çünki bəzən adi su boruları olur. Təzyiq çox olan zaman, su qızdıqca borular genişlənir və sıradan çıxır. Mis borular isə daha davamlıdır. Dövriyyə motorları daha böyük olan kombilər qaza daha çox qənaət edir. Çünki dövriyyəsi tez getdiyi, motoru güclü olduğu üçün kombi 55 dərəcədə 35 dərəcə dövriyyə ilə hərəkət edir. Amma motor balaca olanda 55 dərəcə ilə çıxan su 25 dərəcə ilə geri qayıdır. Kombilərin qiymətinə gəlincə, hazırda bazarda 650 manatdan 2600 manata qədər olan təkliflər var".

"Orijinal 15 il, ucuz olanlar 5-6 il işləyir"

Kombi ustası Kamil Əliyevin sözlərinə görə isə, kombilərin qiyməti onların keyfiyyətinə görə dəyişir:

"İkinci əl kombi işlədən insanlar da var. İşlənməmiş kombilər 1100-1200 manatdırsa, ikinci əl kombi onun yarı qiymətinədir. 1200 manatlıq kombini 400 manata da tapmaq mümkündür. İkinci əl kombinin əgər bütün detalları normal çalışırsa, heç bir təhlükəsi yoxdur. Ucuz kombilər keyfiyyət cəhətdən daha aşağı olur. Məsələn, elə orijinal kombi var ki, 15 il problemsiz işləyir. Amma ucuz olanlar 5-6 ildən sonra xarab olmağa başlayırlar. Ucuz kombilərin daha az qaz sərf etdiyi deyilir. Amma elə deyil. Çünki bütün detallar, funksiyalar eynidir. Ancaq elə kombi olur ki, aşağı təzyiqlə də işləyə bilir".

Ustanın fikrincə, kombi tez-tez xarab olursa, hər dəfə usta çağırmaq əvəzinə, dəyişmək daha münasibdir:

"Hər detalın istifadə müddəti var. Artıq xarab olduqda dəyişilməlidir. Konkret "kombi bu qiymətə təmir olunur" demək çətindir. Təmir xərci 30-40 manat da ola bilər, 200-300 manat da. Bu, daha çox hansı detalın sıradan çıxmasından asılıdır. Kombi 10 il heç bir problemsiz işləyə bilər. Amma tez-tez xarab olmağa başladısa, köhnəlmiş hesab olunur. O halda yenisini almaq daha məsləhətlidir. Bəzən yeni kombi alanda 40-50 litr antifriz tökürlər. Bu zaman kombinin ömrü daha da uzanır. Çünki paslanma vermir. Amma yalnız yeni sistem olmalıdır".

"Elə adamlar var ki, kombisini 10 ildir yumur"

K.Əliyev bildirib ki, kombini ildə bir dəfə yumaq lazımdır:

"Çünki suyun ərpindən asılı olaraq daşlaşa bilər. Qışda yumaq o qədər də əlverişli deyil. Kombi bütün qışı işlədikdən sonra onu aparat vasitəsilə və dərmanla yumalıyıq. Təzyiqini də vurduqdan sonra gələn qış mövsümü üçün hazır vəziyyətə gətiririk. Amma bizdə kombilər ildə bir dəfə yuyulmur. Ən tez üç ildə bir dəfə yuduzdururlar. Sonra tutulmalar baş verir, radiatorda dövriyyə kəsilir. İçindəki dövriyyə nasosu tutulur, su qatılaşır, çirklənir. Hətta elə adamlar var ki, kombisini 10 ildir yumur və hazırda aparat işləmir. İşləməsi üçün ona xidmət olunmalıdır. Kombinin yuyulma prosesini aparat olmadan insanlar özü edə bilməz. Yalnız kombinin içindəki suyu boşaldaraq yeni su doldura bilərlər. Yuyulma sistemi ən çox radiatorlar üçün vacibdir. Onların içində maksimum üç litr su var. Çünki su ötürücülər çox nazikdir. Uzun müddət yuyulmadıqda onlar tutulurlar. Beləliklə, radiator normal qızdıra bilmir".

Kombi ağıllı cihazdır

Müsahib kombinin saxlanma şəraitindən də danışıb:

"Kombini balkonda şkafda saxlamaq lazımdır. Çünki bu cihazlar çöldəki tozdan da xarab ola bilir. Kombi söndükdə, əgər hava şaxtalı olarsa, içində su donur, belə olan halda bəzi detallar partlayır. Bu səbəbdən qapalı yerdə olması daha yaxşıdır. Kombinin yeri quru olmalı, nəm çəkməməli, ora yağış düşməməlidir".

Mütəxəssisin fikrincə, kombidə təhlükə azdır:

"Çünki ağıllı cihazdır. Hər hansı bir problem baş verdikdə özü avtomatik olaraq sönür. Boruları da çöldə yerləşdiyi üçün təhlükəsizdir. Kombidə hava çatışmazlığı, zəhərli qaz olsa, avtomatik özünü bloklayır. Kombi heç vaxt qaz buraxmır. Sızıntı olsa, dərhal sönür".

Tez-tez söndürmək olmaz

K.Əliyevin sözlərinə görə, bəzən insanlar kombini hər gün söndürüb yandırırlar. Amma bu, düzgün deyil. Kombini tez-tez söndürmək olmaz:

"Sadəcə, evdə olmadıqda dərəcəsini azaltmaq olar. İnsanlar elə bilir ki, bununla qənaət etmiş olurlar. Amma əslində soyuyan evin yenidən qızması daha böyük enerji tələb edir. Çalışsınlar, evin temperaturunu hər zaman qoruyub saxlasınlar. Ən doğru variant kombinin qış boyu davamlı yanmasıdır. Kombini qoşduqda yalnız təzyiqinə baxmaq lazımdır. Təzyiq 1,5-2 arasında olmalıdır. Əgər təzyiq aşağı düşərsə, cihaz avtomatik özünü söndürür".

"Suyu ilıq etmək istəyirik, amma soyuyur"

Usta vətəndaşların kombi ilə bağlı ən çox şikayət etdiyi mövzuya da aydınlıq gətirib:

"Yay rejimində kombini söndürürlər. İşlətmədikdə radiatoru bağlamaq olar. Dövriyyəni kəsməyin kombi üçün heç bir mənfi tərəfi yoxdur. Yalnız isti və soyuq su üçün istifadə edirsən. Bəzən insanlar yay rejimində suyun tez-tez soyumasından şikayət edirlər. Amma onun işləmə mexanizmini bilmirlər. Su qaynar gəldikdə soyuq suya doğru çevirirlər. Lakin belə olduqda təzyiq azalır və kombinin içərisində qaynama prosesi baş verir. Qaynama olduqda kombi avtomatik sönür və su soyuyur. Bu hal baş verməməsi üçün temperaturu kombi üzərindən nizamlamaq lazımdır. Suqızdırıcı cihazlardakı kimi tənzimləmək olmaz. Krant yalnız bir istiqamətdə işləməlidir".

Ən kalorili meyvə və giləmeyvələr hansıdır? like
  • 02 Noy 15:21  
Digərləri Ən kalorili meyvə və giləmeyvələr hansıdır?

Meyvə və giləmeyvə əsasən pəhriz məhsulları sayılır, lakin onların a

arrow Ətraflı
Gerçəkləşən 7 tarixi PROQNOZ like
  • 02 Noy 15:03  
Digərləri Gerçəkləşən 7 tarixi PROQNOZ

Tarixçilər, müxtəlif dövrlərdə fərqli şəxsiyyətlər tərəfindən edi

arrow Ətraflı
Pula həris olan 4 bürc  Onlar sərvəti həyatları qədər sevir like
  • 02 Noy 14:55  
Digərləri Pula həris olan 4 bürc Onlar sərvəti həyatları qədər sevir

Həyatlarında hər şeydən əvvəl maliyyə təhlükəsizliyini axtaran, dəbd

arrow Ətraflı
Ən çox biznes kreditini hansı sahibkarlıq subyektləri götürür? like
  • 02 Noy 14:48  
Digərləri Ən çox biznes kreditini hansı sahibkarlıq subyektləri götürür?

Ötən ayın sonuna olan məlumata görə, bizneslərə verlən kreditin ümumi

arrow Ətraflı
Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək" like
  • 02 Noy 14:40  
Digərləri Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək"

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strat

arrow Ətraflı
Gənc yaşlarında milyon qazanan məşhurlar like
  • 02 Noy 14:31  
Şou-biznes Gənc yaşlarında milyon qazanan məşhurlar

İngiltərə və İrlandiyanın 30 və daha aşağı yaşda olan ən varlı mə�

arrow Ətraflı
Rusiyada ada yoxa çıxdı like
  • 02 Noy 14:22  
Dünya Rusiyada ada yoxa çıxdı

Rusiyada ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Fra

arrow Ətraflı
Əgər bunları yesəniz...  sən demə çarəsi bu imiş like
  • 02 Noy 14:15  
Digərləri Əgər bunları yesəniz... sən demə çarəsi bu imiş

Müəyyən məhsullar xoruldamağı aradan qaldırmağa kömək edə bilər. 

arrow Ətraflı
Etibarnamə ilə avtomobil alanların nəzərinə like
  • 02 Noy 14:00  
Digərləri Etibarnamə ilə avtomobil alanların nəzərinə

Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sad

arrow Ətraflı
“8 Noyabr”dan mərkəzə gedən yol bağlandı like
  • 02 Noy 13:51  
Digərləri “8 Noyabr”dan mərkəzə gedən yol bağlandı

Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi bulvar küçəsinin kəsişməs

arrow Ətraflı
Yaşı 35dən az olan qızlarla evlənənlərə pul veriləcək like
  • 02 Noy 13:43  
Dünya Yaşı 35dən az olan qızlarla evlənənlərə pul veriləcək

Çinin Luiliang şəhərinin səlahiyyətliləri gəlinin 35 yaşdan kiçik olma

arrow Ətraflı
Sabahdan hava dəyişəcək: like
  • 02 Noy 13:36  
Digərləri Sabahdan hava dəyişəcək:

Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişk�

arrow Ətraflı
Avtobuslardan istifadə edənlərin nəzərinə like
  • 02 Noy 13:28  
Digərləri Avtobuslardan istifadə edənlərin nəzərinə

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabrdan 10 noy

arrow Ətraflı