Rusiyada ada yoxa çıxdı
Dünya 02 Noy 2024 14:22:00 53 0
Rusiyada ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Frans İosif Torpağı arxipelaqından tamamilə yoxa çıxıb.
Bu xəbəri də oxu: Dünyada "Halloween" belə qeyd olundu
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytında məlumat verilib.
Rəhbərliyi altında müvafiq müşahidəni aparan Moskva Aviasiya İnstitutunun (MAİ) dosenti Aleksey Kuçeykonun sözlərinə görə, itmiş sahə Yeva-Liv adasının ərazisində yerləşirdi. O, Mesyatsev adasının tamamilə əridiyini bildirib. Kuçeyko qeyd edib ki, bu səbəbdən naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək.
Məlumata görə, 2015-ci ilin avqustunda Mesyatsev adasının ərazisi təxminən 53 hektara çatıb. Bu ilin avqustunda onun sahəsi artıq 3 hektar olub, bir ay sonra isə ada yoxa çıxıb.
Alimlər bunu buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndirirlər. Bu, sahil xəttinin eroziyasına səbəb olur, nəticədə bəzi relyef formaları yox olur.
Həmçinin bildirilib ki, Arktika dəniz buzlarının əriməsi Şimali Avropada soyuqlara səbəb ola bilər.
Müəyyən məhsullar xoruldamağı aradan qaldırmağa kömək edə bilər.
"MasterChef Türkiye" yemək yarışının iştirakçılarından biri
Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sad
Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi bulvar küçəsinin kəsişməs
Çinin Luiliang şəhərinin səlahiyyətliləri gəlinin 35 yaşdan kiçik olma
Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişk�
Son günlər hər yerdə "Dubay şokoladı" barədə nəsə eşidirik.
COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabrdan 10 noy
ADY-nın adından sosial şəbəkələrdə dələduzluq halları müşahidə olu
Azərbaycan taksi bazarına yeni şirkət daxil olub.
Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, o
"Hellouin" tədbiri oktyabrın 31-də bütün dünyada qeyd olunub.
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid t