Etibarnamə ilə avtomobil alanların nəzərinə
Digərləri 02 Noy 2024 14:00:00 53 0
Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.
Bu xəbəri də oxu: Ən çox pul gətirən peşələr hansılardır?
Maraqlıdır, etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir?
Son.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən ajans.az-a bildirilib ki, etibarnamə ilə avtomobil alan şəxs faktiki olaraq avtomobilin sahibi sayılmır:
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan sahibi vəfat etdikdə, onun əvvəlcə verdiyi etibarnamə və ya baş etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bu halda, vəfat edən şəxsin miras hüququ çərçivəsində vərəsəlik prosesi başlanır və 6 ay tamamlandıqdan sonra vərəsəlik hüququ təsdiqlənir. Vərəsəlik sənədinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı ilkin olaraq vəfat edən şəxsin həyat yoldaşının adına keçirilir.
Əgər həyat yoldaşı yoxdursa, mülkiyyət hüququ həmin şəxsin övladlarına-oğlu və ya qızına keçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu şəxslər nəqliyyat vasitəsinə dair yeni etibarnamə verə və ya vasitənin mülkiyyət hüququnu alıcı adına rəsmiləşdirə bilərlər. Mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir.
Hüquqşünas Şamil Paşayev bildirib ki, etibarnamə avtomobili istifadə və idarəetmə hüququ versə də, hüquqi mülkiyyət hüququ tam şəkildə alıcıya keçmir. Bu isə alıcının avtomobil üzərində tam hüquqa malik olmaması deməkdir, yəni avtomobilin əsl sahibi istədiyi zaman etibarnaməni ləğv edə və ya mülkiyyətin hüquqi aspektlərini dəyişdirə bilər:
"Nəzər almaq lazımdır ki, etibarnamə ilə alqı-satqı predmenti deyil. Etibarnamə şəxsin hüquqlarını digər şəxsə etibar etməsi ilə bağlı bir haldır. Etibarnamə ilə hansısa maşın və ya obyekt alınırsa, həmin şəxs vəfat etdikdə avtomobil kimin adınadırsa, onun vərəsələrinə düşür. Bunun "generalnı" və ya baş etibarnamə olmasının hər hansı bir əhəmiyyəti yoxdur. Şəxs öldükdən sonra etibarnamə hüquqi qüvvəsini itirir. Ölmüş adamın adına olan etibarnamə ilə də hərəkət etmək mümükün deyil".
Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi bulvar küçəsinin kəsişməs
Çinin Luiliang şəhərinin səlahiyyətliləri gəlinin 35 yaşdan kiçik olma
Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişk�
Son günlər hər yerdə "Dubay şokoladı" barədə nəsə eşidirik.
COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabrdan 10 noy
ADY-nın adından sosial şəbəkələrdə dələduzluq halları müşahidə olu
Azərbaycan taksi bazarına yeni şirkət daxil olub.
Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, o
"Hellouin" tədbiri oktyabrın 31-də bütün dünyada qeyd olunub.
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid t
Sudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib.
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.