Həmin binadakı yanğınla bağlı araşdırma:
Digərləri 02 Noy 2024 16:58:00 74 0
Xəbər verdiyimiz kimi, oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərində (Abşeron Gənclər Şəhərciyi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və qısa zamanda yanğın söndürülüb.
Bu xəbəri də oxu: Futbol oyunlarını bu kanallarda izləyin
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə baş verən yanğının binanın tezalışan materialla üzlənməsi səbəbindən baş verdiyi iddia olunur. Bununla bağlı yayılmış videogörüntülərdə binaya alkopan üzlük çəkildiyi deyilir.
Yayılan iddialara cavab almaq üçün aidiyyəti dövlət orqanlarına sorğu ünvanladıq. Fövqəladə Hallar Nazirliyindən müraciətimizə cavab olaraq bildirildi ki, yanan binanın üzlüyü ilə bağlı ekspertiza aparılacaq:
"Qeyd olunan binanın üzlüyündən nümunə götürülərək materialın odadavamlılıq dərəcəsi müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. Bununla yanaşı, binaların odadavamlı materiallarla üzlənməsi ilə bağlı sonuncu dəfə cari ilin mart ayında aidiyyəti üzrə yerli icra hakimiyətinə rəsmi müraciət edilib".
Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılıb cavablandırılacağı bildirildi.
Qeyd edək ki, 30 binadan ibarət Abşeron Gənclər Şəhərciyi 2008-2009-cu illərdə inşa olunub.
Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədb
Türkiyənin məşhur cütlüklərindən olan Burak Özçivit və Fahriye Evceni
Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən ol
Rəqqasə Fatimə Fətəliyeva reklam qarşılığında ona diş düzəldən sto
COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili
Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, r�
"Atəşgah məbədi" abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahıs�
19-22 oktyabr tarixlərində yağan intensiv yağışlar səbəbindən təhsil m
Hər şey onlayn platformaya daşındığı kimi, artıq repetitor hazırlıqlar
"Sən hamı kimi deyilsən" ifadəsi artıq heç də tərif sayılmır
Havalar yavaş-yavaş soyuyur. Kombi mövsümü gəlir. Artıq evlərində kombi
Meyvə və giləmeyvə əsasən pəhriz məhsulları sayılır, lakin onların a
Tarixçilər, müxtəlif dövrlərdə fərqli şəxsiyyətlər tərəfindən edi
Həyatlarında hər şeydən əvvəl maliyyə təhlükəsizliyini axtaran, dəbd
Ötən ayın sonuna olan məlumata görə, bizneslərə verlən kreditin ümumi