"Səssiz ölüm" – Dəm qazı bəlasından necə xilas olaq?
Digərləri 02 Noy 2024 18:53:00 76 0
Dəm qazı, yəni karbon monoksidlə (CO) zəhərlənmələr günbəgün artmaqdadır. Adi yüngül zəhərlənmələrdən tutmuş, orqanizmdə hipoksiya (oksigen azlığı) vəziyyətinə qədər gətirib çıxaran dəm qazı insanlar üçün kabusa çevrilib. Statistikaya baxanda 2024-cü ildə də dəm qazından zəhərlənmə hadisələrinin əvvəlki illərə uyğun davam etdiyi məlum olur. Hətta sosial çarxlar, maarifləndirici informasiyalar artsa belə...
Bu xəbəri də oxu: Narin Güranın ailəsinin telefon danışığıTürkiyəni hiddətləndirdi zarafatlaşıb, gülürlər
Son.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, cari ilin əvvəlindən bugünədək dəm qazından zəhərlənmə səbəbilə Toksikologiya şöbəsinə 54 nəfər qəbul edilib.
"Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, onlardan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - qurumdan əlavə edilib.
Statistika bununla da yekunlaşmır. Çünki bu təkcə xəstəxanaya gətirilənlərin sayıdır. Həkiməqədər ölümlə nəticələnən onlarla dəm qazı boğulmalarından da xəbərsiz deyilik...
Bəs dəm qazından zəhərlənmənin simptomlarını necə müəyyən etmək olar, ilkin hansı yardımların göstərilməsi müvafiq sayılır?
Mövzu barədə Trend-ə danışan Baş toksikoloq Azər Maqsudov hesab edir ki, dəm qazı ilə zəhərlənməmək üçün evdə və qapalı məkanlarda qazla işləyən bəzi texniki avadanlıqların sazlanması vacib şərtdir.
O bildirib ki, mövsümlə bağlı dəm qazından zəhərlənmə artsa da, hələlik son bir ayda Kliniki Tibbi Mərkəzə çox az müraciət daxil olub:
"Onlar da orta ağır vəziyyətə daxil olublar və zəruri yardımlar olunub, ölüm halının baş verməsinin qarşısı alınıb. Dəm qazının qoxusu olmadığı üçün qapalı şəraitdə diqqətli olmaq lazımdır. Əsasən, hamamda baş verir, bunun üçün də həssas məqamlar nəzərə alınmalıdır. İkinci əlamət odur ki, hava çatışmazlığı, tək-tək ürək döyüntüsü baş verir və huşun yox olması ilə nəticələnir. Mütləq o halda təmiz havaya çıxmaq lazımdır".
Toksikoloq belə hallarda ev şəraitində ilkin təxirəsalınmaz yardım kimi bunları qeyd edib:
"Zəhərlənmiş şəxsin huşu itməyibsə, isti içki vermək, təcili yardıma müraciət etmək lazımdır. Həkim yerində baxış keçirməlidir, təsdiqlənmiş dəm qazı diaqonozu qoyulubsa, mütəxəssis baxışı üçün xəstəxana şəraiti olan yerə aparmaq lazımdır.
Toksikoloq baxışı vacibdir, çünki analizlər aparılmalıdır. Qapalı mühitdə qaz cihazı işləyirsə, qaz xəttinin üzərində işarəedici qurğu olmalıdır ki, qaz sızması baş verərsə, o qurğu xəbərdarlıq etsin. Belə olan halda təhlükə də baş verməz".
Qeyd edək ki, ən çox dəm qazı ilə zəhərlənmə, əsasən, bu hallarda baş verir: suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi.
Buna görə də təhlükəsizlik üçün bu məsələlərə diqqətlə yanaşılmalı, vaxtında yoxlanış həyata keçirilməlidir.
"Samsung" şirkəti premium qatlanan smartfonların istehsalına diqq�
Veganlıq bəzi insanların sağlamlığına zərər verə bilər.
İnsanlar və pişiklər minillərdir yan-yana yaşayır və bu müddət ərzind
Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olu
Təxminən 6000 il əvvəl Şumerlər indi İraqın cənubunda olan isti və qur
Alimlər bəzi insanların kabus görmələrinin dörd səbəbini açıqlayıbla
Noyabrın 1-də Tayvana zərbə vuran güclü "Konq-Rey" tayfunu faci�
Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 3,5 bal gücündə zəlz
Cihazı etibarlı və ya onlayn bazardan almağınızdan asılı olmayaraq yeni
Xəbər verdiyimiz kimi, oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərind�
Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədb
Türkiyənin məşhur cütlüklərindən olan Burak Özçivit və Fahriye Evceni
Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən ol