Pişik elmə məlum olmayan ekzotik virus kəşf etdi
Dünya 02 Noy 2024 18:15:00 54 0
İnsanlar və pişiklər minillərdir yan-yana yaşayır və bu müddət ərzində bu heyvanlar haqqında çox şey öyrənmişik, lakin onlar bizi təəccübləndirməyə davam edirlər. Yeni araşdırmada alimlər ABŞ-də aşkarlanan ilk Ceylonq virusunu təsvir ediblər. Maraqlıdır ki, o həm də öz növündə müəyyən edilən ilk və pişik tərəfindən təsadüfən kəşf edilən yeganə virus olub.
Bu xəbəri də oxu: "Bu, Rusiyanın maraqlarına uyğun deyildi" Medvedev
Son.az oxu.az-a istinadən bildirir ki, hər şey Pepper adlı pişiyin sahibi, Florida Universitetinin tədqiqatçı professoru Con Lednitskiyə ölü siçan gətirməsi ilə başladı. Bu, bütün pişik sahibinə xoş gəlməyə bilərdi, lakin alim maraqlanmışdı, çünki o, viruslar üzrə ekspertdir və gəmiricilərin maral çiçəyi virusunun - maralların dərisində xarakterik zədələnmələr yaradan virus növünün daşıyıcısı olub-olmadığını araşdırırdı.
Professor Lednitski komandası ilə siçanın cəsədini araşdırdı, lakin onun bədənində maral çiçəyi virusu aşkar etmədi. Bunun əvəzinə onlar daha maraqlı bir şey tapdılar - siçan Ceylonq virusuna yoluxmuşdu.
Qeyd edək ki, bu vaxta qədər Ceylonq növündən olan viruslara ABŞ-də rast gəlinməyib: əvvəllər onlar yalnız Cənubi Amerika, Avropa, Afrika və Asiyada aşkar edilib. Bu regionlarda virus adətən gəmiriciləri yoluxdurur, yarasalara və pişiklərə də keçə bilir.
Lakin bu, alimlərin edə bildiyi yeganə kəşf deyildi. Virus təkcə ABŞ üçün deyil, ümumilikdə elm üçün də unikal oldu. Genetik test göstərdi ki, Ceylonq virusu bu növün digər viruslarından fərqlənir. Alimlər onu GRJV1 adlandırıblar.
Məqalənin birinci müəllifi Emili DeRuyterin sözlərinə görə, onlar komanda ilə bu cür virus gözləmirdilər. Əslində, onların kəşfi Yer üzərində hələ də bilmədiyimiz çoxlu virusun mövcud olduğunu bir daha xatırlatdı. Üstəlik, onların çoxu insanların bilavasitə yaxınlığında yaşayan heyvanlar arasında dövr edir.
Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olu
Təxminən 6000 il əvvəl Şumerlər indi İraqın cənubunda olan isti və qur
Alimlər bəzi insanların kabus görmələrinin dörd səbəbini açıqlayıbla
Noyabrın 1-də Tayvana zərbə vuran güclü "Konq-Rey" tayfunu faci�
Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 3,5 bal gücündə zəlz
Cihazı etibarlı və ya onlayn bazardan almağınızdan asılı olmayaraq yeni
Xəbər verdiyimiz kimi, oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərind�
Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədb
Türkiyənin məşhur cütlüklərindən olan Burak Özçivit və Fahriye Evceni
Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən ol
Rəqqasə Fatimə Fətəliyeva reklam qarşılığında ona diş düzəldən sto
COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili
Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, r�
"Atəşgah məbədi" abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahıs�