Maaş və pensiya neçə faiz artacaq?
Digərləri 01 Noy 2024 09:07:00 96 0
Təkliflər təqdim olunduqdan sonra konkret artım faizlərinin müzakirəsi mümkün olacaq, çünki bu olmadan pensiya və əmək haqlarının hansı faizlə artacağını dəqiq söyləmək mümkün deyil.
Bu xəbəri də oxu: Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı VİDEO
Son.az xəbər verir ki, bu sözləri axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, parlament Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqı və pensiyaların artırılması ilə bağlı təklifləri müzakirə etmək üçün gözləyir:
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təkliflər təqdim olunduqdan sonra artıq konkret müzakirələrin aparılması mümkün olacaq. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Növbəti il sosial təminat və sosial müdafiəyə beş milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda dövlət büdcəsinin xərclərinin 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, növbəti il sosial paketin dərinləşməsi prioritet olaraq qalacaq".
Millət vəkili qeyd edib ki, artımlar inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır:
"Bizim artımlarla bağlı təkliflərimiz ondan ibarətdir ki, minimum maaş və minimum pensiyada artımlar 2023-2024-cü illərdəki inflyasiya nəzərə alınmaqla reallaşsın. Çünki xüsusən 2023-cü ildə qiymət artımları daha yüksək olub. Fiskal imkanlar çərçivəsində inflyasiya səviyyəsinin tam olaraq minimum əmək haqqı və minimum pensiya artımlarında əks olunması və nəzərə alınması məqsədəuyğundur. Nəzərə alsaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artıb, gözlənti ondan ibarətdir ki, artım faizi 2 rəqəmli olacaq. Biz bu istiqamətdə Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi təqdim edəcəyik". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
COP29-da qəbul ediləcək yeni iqlim maliyyəsi hədəfi real, icrası mümkün
"Noyabrın 2-də İbrahim Tatlıseslə konsertim olacaq. 26 ildən sonra on
"Miqrant ailələrin üzvləri Rusiya ərazisində qalmamalıdırlar".
Əməkdar artist Abbas Bağırov yeni görünüşü ilə təəccübləndirib.
Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə
Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə
"Müxalifətin saxtakarlıqla bağlı ittihamlarına baxmayaraq, Gürcüsta
Bir neçə gün öncə Bakıda luks avtomobillərdən ibarət toy karvanı böy�
"Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbək�
Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında
Türkiyənin məşhur "Möhtəşəm yüz il" serialının ulduzu Merye
Uzunömürlülüklə bağlı məsləhətləri ilə tanınan yazıçı Deyv Aspre
XVII əsrdə yaşamış britaniyalı alim İsaak Nyutonun hesablamalarına gör�
Bəzi bürclər üçün yaxın gələcək çətinliklərin başlanğıc dövrü