Noyabrda hava necə olacaq?
Digərləri 31 Okt 2024 15:24:00 126 0
Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bu xəbəri də oxu: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" FOTO
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 2-7 şaxta, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında isə havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir ( norma 27-34 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-35 mm).
"ABŞ-nin Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanas
"Qayınana evlənirsə, toyxanada gəlininlə yanyana qayınana otursun. Ni
Xəbər verdiyimiz kimi, İspaniyada 29 oktyabr tarixində DANA qasırğası b
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın "Sülh Formulu"
İspaniya "əsrin ən ağır təbii fəlakəti" ilə üz-üzədir.
COP29-un keçiriləcəyi Bakı Stadionu ərazisinə mediatur təşkil edilib.
Aparıcı Zaur Baxşəliyevin efirdə başına iş gəlib.
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirlənd
Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyər
Niyaməddin Musayevin görüntüləri gündəm olub.
Yüksək xolesterolunuz varsa, yumurtaları ən yaxşı şəkildə bişirməyin
Prezident administrasiyasında alkoqollu içkilərin satışının qadağa edilm
Yaxın günlərdə və ya saatlarda İsrail və Hizbullah arasında atəşkəs
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə