İspaniyada DANA qasırğasına görə xalq etiraz edir
Dünya 31 Okt 2024 15:10:00 131 0
Xəbər verdiyimiz kimi, İspaniyada 29 oktyabr tarixində DANA qasırğası baş verib. Bu təbiət hadisəsi hökumətin fəlakət idarəçiliyindəki zəif cəhətlərini üzə çıxararaq ictimaiyyətdə geniş tənqidlərə səbəb olub.
Bu xəbəri də oxu: Arvadına əsəbləşib 35 nəfəri öldürmüşdü Asılacaq
Milli.AZ xəbər verir ki, təbii fəlakətin əsas təsir etdiyi Valensiya və ətraf bölgələrdə baş verən dağıntılar, insan itkiləri və iqtisadi ziyan ölkədə ciddi narazılıq doğurub.
Rəsmi rəqəmlər müstəqil xəbər portallarından fərqli olaraq, həlak olanların sayını aşağı göstərir, bu isə ictimaiyyət arasında daha da dərin məyusluğa səbəb olur. Kral VI Filip və Baş Nazir Pedro Sançezin xalqa müraciətlərinə baxmayaraq, xalq onların bu məsələdəki reaksiyalarını qeyri-kafi hesab edir. Siyasi liderlərin həmrəylik mesajları səmimiyyətsiz görünmüş, vətəndaşlar isə real tədbirlər tələb edirlər.
Sosial mediada vətəndaşların rəhbər şəxslərə qarşı sərt tənqidlər səsləndirməsi insanların yalnız sözlərlə deyil, konkret addımlarla dəstək gözlədiklərini göstərir. İspaniyanın Müdafiə Naziri Marqarita Noblesin çıxışı da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əhalinin fikrincə, hökumət və əlaqədar qurumlar bu fəlakətin gələcəyini əvvəlcədən görə bilmədiklərinə və lazımi hazırlıqları görmədiklərinə görə məsuliyyət daşıyır.
Ərzaq mağazalarında yaranan qıtlıq, axtarış-xilasetmə işlərindəki gecikmələr və xalqın yaşadığı çətinliklər, İspaniyanın təbii fəlakətlərə qarşı hazırlıqsız olduğunu bir daha sübut edir. Bu vəziyyət hökumətin idarəetmə bacarıqlarını ciddi şəkildə sual altında qoyur və ispan xalqı artıq daha güclü və çevik müdaxilə mexanizmləri tələb edir.
Baş verən təbii fəlakətlə bağlı ictimaiyyət qarşısına çıxan İspaniyanın kralı VI Filip dünyasını dəyişən insanların ailələrinə başsağlığı verib, həmçinin dağıntıların miqyasının böyük olduğu və qurbanların dəqiq sayının hələ məlum olmadığını bildirib.
Sosial şəbəkələrdə xalqın kralın bu çıxışına münasibəti birmənalı olmamış, ona müsbət rəy yazanlarla bərabər mənfi rəy yazanların sayı da diqqəti cəlb edir.
"Bu cənab zərər çəkənlər üçün nə edir? Necə yardım edir?"" Yaxşı insan teatrı qurub. Atasından öyrənib."
"Kömək etmək üçün məvacibindən pul ayır!"
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın "Sülh Formulu"
İspaniya "əsrin ən ağır təbii fəlakəti" ilə üz-üzədir.
COP29-un keçiriləcəyi Bakı Stadionu ərazisinə mediatur təşkil edilib.
Aparıcı Zaur Baxşəliyevin efirdə başına iş gəlib.
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirlənd
Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyər
Niyaməddin Musayevin görüntüləri gündəm olub.
Yüksək xolesterolunuz varsa, yumurtaları ən yaxşı şəkildə bişirməyin
Prezident administrasiyasında alkoqollu içkilərin satışının qadağa edilm
Yaxın günlərdə və ya saatlarda İsrail və Hizbullah arasında atəşkəs
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə
Ülviyə Namazovanın "Rəngarəng səhər"də plastik əməliyyatlar
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane
Ulduzlar bu bürcün nümayəndələrinə taleyin xüsusi hədiyyələrini vəd