Bərk, yoxsa maye sabun ?
Digərləri 25 Okt 2024 10:50:00 139 0
Şəxsi gigiyena məqsədilə istifadə olunan sabunlar bərk və maye olmaqla iki yerə ayrılır. Onlardan hansının istifadəsinin daha sağlam olduğu isə həmişə mübahisə mövzusu olub.
Bu xəbəri də oxu: Bu 5 qidanı acqarına yemək
Son.az oxu.az-a istinadən bildirir ki, axır ki, bu mövzuya mütəxəssislər tərəfindən nöqtə qoyulub.
Onlar sözügedən sabun növlərinin düzgün istifadə üsulları və saxlanılma şəraiti barədə məlumat veriblər.
"Bərk sabunlar dəri üzərində birbaşa sürtünmə yaratdıqlarından, dəridə toplanan kir və yağların təmizlənməsində effektivdirlər. Eyni zamanda, "pH" səviyyəsi adətən yüksək olduğundan bərk sabunlar bəzi bakteriya və mikrobların aradan qaldırılmasını təmin edir.
Ancaq bu sabunlar nəmli saxlanıldıqda səthində zərərli mikroorqanizmlər yaranır. Bu səbəbdən bərk sabunlar istifadə edildikdən sonra quru saxlanılmalıdır", - deyə onlar bildiriblər.
Ekspertlərin sözlərinə görə, maye sabunlar adətən nasoslu şüşələrdə olduqlarından daha gigiyenik istifadə təmin edirlər.
"Həmçinin bəzi maye sabunlar antibakterial xüsusiyyət daşıdığından dəridəki mikroorqanizmlərin yaranmasının da qarşısını almağa kömək edir. Bərk sabuna nisbətən daha çox köpüklənməsi ilə də təmizliyi asanlaşdıran maye sabunlar daha çox gündəlik istifadəyə uyğun sayılır".
Beləliklə, hər iki sabunun xüsusiyyətlərinə baxdıqda bərk sabunlar dəri səthində daha effektiv təmizlik təmin edir, maye sabunlar isə daha gigiyenik bir seçim olaraq qarşımıza çıxır.
Bununla belə, mütəxəssislərin sözlərinə görə, gündəlik təmizlikdə dəri quruluşunu qorumaq üçün maye sabun seçmək daha sağlam olar.
Avtomobil istehsalçıları sistematik olaraq məhsul xətlərini tənzimləyir
Trendyol və BMT-nin Əhali Fondu birgə təşəbbüs həyata keçirib.
Ermənistanın sabiq müdafiə naziri, Baş nazir Nikol Paşinyanın da keçmiş
Amerikalı məşhur müğənni Beyons Demokratlar Partiyasından prezidentliy
Azərbaycan Respublikasının Milli Məclisi Cinayət Məcəlləsində dəyişik
Həyatda şansın xüsusilə geniş gülümsədiyi zamanlar olur və görünür
Gürcüstanın yaxın gələcəkdə NATO-ya daxil olması real deyil.
Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb.
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtal
ABŞ-nin dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri H
Tarixən xarici işğal, etnik təmizləmə, mədəni irsin dağıdılmasından
Türkiyəli aktyor Uraz Kayqılaroğlu ilə aktrisa Cemre Baysel bir-birilərini
Terror aksiyası niyə PKK lideri Öcalanla danışıqlar ərəfəsində və Ər
ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya