Xərçəng xəstəliyinin məhəl qoyulmayan əlamətləri açıqlandı
Digərləri 05 Yan 2025 00:36:00 81 0
ABŞ-nin "Mayo Clinic" Tibb Mərkəzinin alimləri pasiyentlərin əksəriyyətinin görməzlikdən gəldikləri xərçəng xəstəliyinin beş əsas əlamətini açıqlayıblar. Bunlara davamlı öskürək, mədə göynəməsi, xalların forma və ölçüsündə dəyişikliklər, genişlənmiş limfa düyünləri və nəcisdə qan daxildir.
Bu xəbəri də oxu: Bu ərazidə yeni yol qovşağı salınacaq
Tədqiqatın nəticələri "New England Journal of Medicine" (NEJM) jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, xərçəng xəstəliyinin aşkarlanması çətindir, çünki insanlar çox vaxt ilk xəbərdarlıq əlamətlərinə əhəmiyyət vermir, onları başqa xəstəliklərin nəticəsi kimi qəbul edirlər.
Tədqiqatın rəhbəri, onkoloq Daren Koval qeyd edib ki, davamlı öskürək ən çox nəzərə alınmayan əlamətdir. Alim vurğulayıb ki, söhbət məlum səbəblər olmadan üç həftədən çox davam edən öskürəkdən gedir. Bu, ağciyərlərdə xərçəngli şişlərin mövcudluğuna işarə edə bilər.
Digər narahatedici əlamət boğazda və ya mədə borusunda şişlərin mümkün inkişafını göstərən xroniki mədə göynəməsidir. Alimlər vurğulayıblar ki, davamlı reflüks ciddi tibbi diqqət tələb edir.
Bundan əlavə, mütəxəssislər, xüsusilə yanma və ya qaşınma olduqda, xallardakı dəyişikliklərə diqqət yetirməyi məsləhət görürlər. Uzun müddət davam edən şişkin limfa düyünləri və nəcisdə qan da diqqətdən kənarda qalmamalı olan əlamətlərdəndir. (Report)
Ağcabədidə qardaşının arvadını qətlə yetirməkdə ittiham olunan şəx
Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şi
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bir müddətdir ki, söküntüsü həyata keçirilən Saray körpüsü sakinlər
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Aparıcı Elgiz Əkbər musiqiçilərin pulunu kəsən müğənniləri tənqid e
Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın Donetsk-Qorlovka yolunda avtom
Yeni ilin başlaması ilə Şərqi Anadolu havaların kəskin soyuqlaşması dö
ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukra
ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağa
Məşhur türkiyəli müğənni Hande Yener 5 ildir sevgi yaşadığını etiraf
Kamerunun cənub-qərbində Fulani silahlı köçəri qrupunun hücumu nəticəs
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Şarm əş-Şeyx hava limanı yaxınl
Yaxın gələcəkdə ailə qurmağı planlaşdırırsınızsa, 2025-ci ildə han