Azərbaycanda yarım milyardlıq mənimsəmənin üstü açıldı


Digərləri 24 Okt 2024 17:44:00 124 0

Azərbaycanda yarım milyardlıq mənimsəmənin üstü açıldı

Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri "Xaçmaz Aqro", "Natural Fruit", "Fresh Fruits Group", "Global Trade Group", "Garden Store" və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib. 

Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Ərdoğan rus dilində təşəkkür etdi like
  • 24 Okt 17:41  
Dünya Ərdoğan rus dilində təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Samm

arrow Ətraflı
“Əyninizə don geyinməklə deyil, xanımlığınız olsun” like
  • 24 Okt 17:32  
Şou-biznes “Əyninizə don geyinməklə deyil, xanımlığınız olsun”

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Məşhur aktyora vəfasızlıq  Yasına 34 nəfər like
  • 24 Okt 17:25  
Digərləri Məşhur aktyora vəfasızlıq Yasına 34 nəfər

Xəbər verdiyimiz kimi ötən gün Türkiyənin məşhur aktyoru Tekin Temel v�

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 24 Okt 17:25  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Bütün səhvləri düzəltmək və həyatın yeni mərhələsinə başlamaq şa

arrow Ətraflı
İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi like
  • 24 Okt 17:10  
Dünya İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsinin hakimi Əbülqasim Salavat

arrow Ətraflı
Ukraynadakı münaqişədən təəssüflənirəm like
  • 24 Okt 17:01  
Dünya Ukraynadakı münaqişədən təəssüflənirəm

Rusiya Ukrayna da daxil olmaqla, dünyada baş verən bütün silahlı münaqiş

arrow Ətraflı
Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı like
  • 24 Okt 16:57  
Digərləri Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı

21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan "SIBOS 2024&qu

arrow Ətraflı
İşğaldan azad olunmuş ərazilərdə külək potensialının ölçülməsi işlərinə başlanılıb like
  • 24 Okt 16:55  
Digərləri İşğaldan azad olunmuş ərazilərdə külək potensialının ölçülməsi işlərinə başlanılıb

Artıq Laçın və Kəlbəcər ərazilərində də külək potensialının ölç

arrow Ətraflı
Tiktokdan Azərbaycan üçün yenilik like
  • 24 Okt 16:42  
Digərləri Tiktokdan Azərbaycan üçün yenilik

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim edib

arrow Ətraflı
Ankara teraktının qarşısı niyə alınmadı? like
  • 24 Okt 16:40  
Dünya Ankara teraktının qarşısı niyə alınmadı?

Nə qədər təhlükəsizlik tədbiri görülsə də, bəzən bu kimi olayların

arrow Ətraflı
Bakıda  “Agile Azerbaijan International Summit2024” keçirildi like
  • 24 Okt 16:31  
Digərləri Bakıda “Agile Azerbaijan International Summit2024” keçirildi

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə "Agile Azerbaij

arrow Ətraflı
COP29 iqlim maliyyəsi üçün yeni imkanlar təqdim edəcək like
  • 24 Okt 16:24  
Dünya COP29 iqlim maliyyəsi üçün yeni imkanlar təqdim edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
Kredit borcu olanların DİQQƏTİNƏ – like
  • 24 Okt 16:20  
Digərləri Kredit borcu olanların DİQQƏTİNƏ –

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

arrow Ətraflı
Yaxın Şərq müharibənin astanasındadır like
  • 24 Okt 16:17  
Dünya Yaxın Şərq müharibənin astanasındadır

Yaxın Şərq genişmiqyaslı müharibənin astanasındadır.

arrow Ətraflı