Tiktokdan Azərbaycan üçün yenilik


Digərləri 24 Okt 2024 16:42:00 115 0

Tiktokdan Azərbaycan üçün yenilik

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim edib

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.

TikTok - yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün bir videoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur. TikTok Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqli maraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir. Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindən TikTok-a olan marağı artırır.

TikTok for Business-in istifadəyə verilməsi və inkişafı

Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən TikTok, 2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq onlara kreativ və effektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir. 

TikTok for Business platforması: böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər; FMCG və gözəllik sənayesindən tutmuş elektron ticarət və video oyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.

"TikTok for Business platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. TikTok for Business-in geniş alət dəsti istənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik," - deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.

Bizneslər TikTok-dan necə istifadə edə bilər

TikTok-da müxtəlif miqyasda və sahələrdə fəaliyyət göstərən şirkətlər orqanik məzmun yarada və marketinq qıfının bütün mərhələlərində öz biznes məqsədlərini həyata keçirə bilərlər. Platforma brendlərə özləri haqqında məlumatlılığı artırmaq, istifadəçiləri cəlb etmək və loyallığı gücləndirmək, onları tətbiqdən kənar fəaliyyətlərə həvəsləndirmək, konversiyaları artırmaq və satışları yüksəltməkdə kömək edir. TikTok-un Azərbaycanda şirkətlərə həll etməyə kömək etdiyi məsələlər:

1. Fəal və cəlbedici auditoriyaya çatmaq  

Dünyanın hər yerindən istifadəçilər TikTok-a yaxşı əhval-ruhiyyə, yaradıcı və maraqlı məzmun üçün gəlirlər. Brendlər də TikTok-u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir.  

TikTok-da reklamların nativlik və yaradıcı yanaşmanın birləşməsi əsasında qurulması platformanın icması tərəfindən müsbət qəbul edilir. Belə ki, Kantar-ın araşdırmasına görə, istifadəçilərimizin 74%-i platformada olan reklamları kreativ hesab edir, 67%-i isə TikTok-dakı reklamların unikal olduğunu düşünür [1]. Bu, brendlərə TikTok-da müsbət, diqqətli və maraqlı auditoriya ilə ünsiyyət qurmağa və platformadakı tövsiyələrə inanan istifadəçiləri cəlb etməyə imkan verir.

2. İstifadəçilərə brend, məhsul və ya xidmət haqqında məlumat almağa kömək etmək   TikTok icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalar axtarışındadırlar, bu ideyalar isə onları real həyatda dəyişikliklərə ilhamlandırır. TikTok istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8 dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib [2]. İstifadəçilərin 80%-dən çoxu isə TikTok-un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir [3].

3. Alış-verişə ilham vermək  

TikTok-da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan #TikTokMadeMeBuyIt həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.  

Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər [4]. TikTok istifadəçilərinin isə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar [5].  

İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.  

1. Kantar, Ad Performance Study, 2020 2. TikTok Marketing Science Global Entertaining Ads Study 2022, conducted by Marketcast 3. TikTok Marketing Science MENAT - Brand Shopping Triggers - Conducted by IPSOS 2022 4. TikTok Marketing Science Global Shopping Ads Product Research Study 2022, conducted by Material 5. TikTok Marketing Science MENAT - TikTok Made Me - Conducted by IPSOS 2023 TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidie. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.  

Ankara teraktının qarşısı niyə alınmadı? like
  • 24 Okt 16:40  
Dünya Ankara teraktının qarşısı niyə alınmadı?

Nə qədər təhlükəsizlik tədbiri görülsə də, bəzən bu kimi olayların

arrow Ətraflı
Bakıda  “Agile Azerbaijan International Summit2024” keçirildi like
  • 24 Okt 16:31  
Digərləri Bakıda “Agile Azerbaijan International Summit2024” keçirildi

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə "Agile Azerbaij

arrow Ətraflı
COP29 iqlim maliyyəsi üçün yeni imkanlar təqdim edəcək like
  • 24 Okt 16:24  
Dünya COP29 iqlim maliyyəsi üçün yeni imkanlar təqdim edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
Kredit borcu olanların DİQQƏTİNƏ – like
  • 24 Okt 16:20  
Digərləri Kredit borcu olanların DİQQƏTİNƏ –

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

arrow Ətraflı
Yaxın Şərq müharibənin astanasındadır like
  • 24 Okt 16:17  
Dünya Yaxın Şərq müharibənin astanasındadır

Yaxın Şərq genişmiqyaslı müharibənin astanasındadır.

arrow Ətraflı
Ermənistan Kəşfiyyat Xidməti 515 min dolları geri qaytarmalı oldu like
  • 24 Okt 16:10  
Dünya Ermənistan Kəşfiyyat Xidməti 515 min dolları geri qaytarmalı oldu

Ermənistan Kəşfiyyat Xidməti 515 min dollar büdcəyə qaytaracaq.

arrow Ətraflı
İzmirdə 7,2 ballıq zəlzələ riski... – like
  • 24 Okt 16:08  
Dünya İzmirdə 7,2 ballıq zəlzələ riski... –

İzmirdə 7,2 bal gücündə zəlzələ yaratma gücünə malik 4 fay mövcuddur

arrow Ətraflı
Ermənistanda yeni qvardiya yaradılır:Mitinqlərin qarşısını alacaq like
  • 24 Okt 16:00  
Dünya Ermənistanda yeni qvardiya yaradılır:Mitinqlərin qarşısını alacaq

Ermənistan parlamenti Polis Qvardiyasının yaradılması haqqında qanun qəb

arrow Ətraflı
Yunus Oğuz Aktotı Raimkulova ilə görüşüb like
  • 24 Okt 15:55  
Digərləri Yunus Oğuz Aktotı Raimkulova ilə görüşüb

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Türk Mədəniyyəti

arrow Ətraflı
Bakıda günorta vaxtı məktəblini "oğurlamaq" istəyən şəxs tapıldı like
  • 24 Okt 15:50  
Digərləri Bakıda günorta vaxtı məktəblini "oğurlamaq" istəyən şəxs tapıldı

Xəbər verdiyimiz kimi, bugün Bakının Ramana qəsəbəsində uşaq oğurluğ

arrow Ətraflı
Xarab aparatın seçdiyi bileti alıb milyonçu oldu like
  • 24 Okt 15:50  
Digərləri Xarab aparatın seçdiyi bileti alıb milyonçu oldu

ABŞ-da bir kişi aparat xarab olduğu üçün uduşlu lotereya bileti alıb.

arrow Ətraflı
Uşağınıza daha sürətli danışmağa necə kömək etmək olar? like
  • 24 Okt 15:42  
Digərləri Uşağınıza daha sürətli danışmağa necə kömək etmək olar?

Körpənizin ilk sözünü tez söyləməsini və mümkün qədər tez tam cüml

arrow Ətraflı
"XızıAbşeron" külək elektrik stansiyası bu tarixdə istismara veriləcək like
  • 24 Okt 15:34  
Digərləri "XızıAbşeron" külək elektrik stansiyası bu tarixdə istismara veriləcək

"Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi ölkəmiz

arrow Ətraflı
Daha bir rayonun hərbi komissarı saxlanıldı like
  • 24 Okt 15:30  
Digərləri Daha bir rayonun hərbi komissarı saxlanıldı

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

arrow Ətraflı
Bakıda qadın 38 yaşlı ərini öldürdü like
  • 24 Okt 15:27  
Digərləri Bakıda qadın 38 yaşlı ərini öldürdü

Bakıda 38 yaşlı kişi öldürülüb.

arrow Ətraflı