Ankara teraktının qarşısı niyə alınmadı?
Dünya 24 Okt 2024 16:40:00 147 0
Nə qədər təhlükəsizlik tədbiri görülsə də, bəzən bu kimi olayların qarşısını almaq mümkünsüz olur. Xüsusilə terror hadisələrinin intensivləşdiyi İraq, Suriya kimi bölgələrdə, yaxud 2014-2017-ci illər arasında Türkiyədə baş vermiş terror aktlarına nəzər yetirdikdə belə məqamların qaçılmaz olduğunu görürük. Bunun səbəbi sadəcə terror yağışıdır. Planlaşdırılan terror aktlarının 99 faizinin qarşısı alınır, amma 1 faiz necəsə sıza, gerçəkləşə bilir.
Bu xəbəri də oxu: 2025ci ildə havaya qalxan təyyarə 2024cü ildə yerə ENDİ FOTO
Son.az xəbər verir ki, bu sözləri axar.az-a terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ölkənin önəmli hərbi sənaye quruluşu yaxınlığında terror aktının necə baş verməsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, burada təhlükəsizlik sistemlərini sorğulamaq doğru deyil:
"İstənilən halda güvənlik sistemlərindən məsul olan şəxslər məsələni araşdıracaq. Düşünürəm ki, hadisənin təfərrüatından xəbərsiz olub, kənardan onların işinə müdaxilə edib, sorğulamaq düzgün deyil. Nəticədə təhlükəsizlik qüvvələrinin etibarına xələl gəlməsi kimi bir vəziyyət ortaya çıxır. Birmənalı şəkildə tədbir alınıb, amma küçədən, sivil həyatın içərisindən gələn bir sızma nəticəsində terakt baş tutub. Küçəyə tam nəzarət etmək mümkün deyil. Türkiyə mövcudluğu boyunca çoxsaylı sızmalara məruz qalıb. Çoxunu da əngəlləyib. Terror hadisələrinin günbəgün daha da təkmilləşdirilərək, həyata keçirildiyini nəzərə alsaq, bütün alınan tədbirlərə rəğmən hansısa birinin reallaşa bilməsi ehtimalını qəbul etmək məcburiyyətindəyik".
Qeyd edək ki, ötən gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti - TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.
Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə "Agile Azerbaij
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Ermənistan Kəşfiyyat Xidməti 515 min dollar büdcəyə qaytaracaq.
İzmirdə 7,2 bal gücündə zəlzələ yaratma gücünə malik 4 fay mövcuddur
Ermənistan parlamenti Polis Qvardiyasının yaradılması haqqında qanun qəb
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Türk Mədəniyyəti
Xəbər verdiyimiz kimi, bugün Bakının Ramana qəsəbəsində uşaq oğurluğ
ABŞ-da bir kişi aparat xarab olduğu üçün uduşlu lotereya bileti alıb.
Körpənizin ilk sözünü tez söyləməsini və mümkün qədər tez tam cüml
"Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi ölkəmiz
İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�