Günün qoroskopu: Təriflər eşidəcəksiniz


Digərləri 22 Okt 2024 00:01:00 92 0

Günün qoroskopu: Təriflər eşidəcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir. Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə fikir ayrılığı və ya mübahisə ola bilər.

Əvvəllər etdiyiniz səhvləri xatırladır, istənilən qərar və ya addımınızı sərt tənqid edirlər.

Günün ikinci yarısı da sakitlik vəd etmir. Dəyər verdiyiniz, sayğı bəslədiyiniz insanın könlünü qırmayın. Yaranmış situasiyanı sakit şəraitdə, tələsmədən təhlil edin. Effektiv fəaliyyət taktikası hazırlayın. Belədə bir çox problemləri çözə bilərsiniz.

Buğa - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin.

İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı missiyanın öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.

Alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın.

Bəzi alışları təxirə salın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - son vaxtlar sizi narahat edən məsələləri həll etmək imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.

Günün ikinci yarısı yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib zamandır.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər çox olsa belə, yorğunluq və gərginlik hiss etməyəcəksiniz. Yaxınlarınızla danışın, yaxın gələcəklə bağlı planları müzakirə edin.

Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.

Xərçəng - günün ilk yarısında nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir verəcək.

Alış-veriş üçün əlverişli zamandır.

Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın, onların qayğısına qalın. Problemlərini sizinlə bölüşmək istəyən insanları dinləyin. Belədə iradlar və inciklik olmayacaq.

Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edə bilərsiniz.

Şir - uğurlu gündür. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni, daha maraqlı işlərə başlamaq olar. Faydalı tanışlıq baş tutacaq. İşdə həmkarlarla münasibətləri normallaşdırmaq şanslarını əldən verməyin. Diqqətli və səlis davranın. Yardıma ehtiyac duyan insana kömək edin.

Günün ikinci yarısı romantik münasibətlər üçün faydalıdır. Çoxdan bəri maraqlandığınız insanla görüş olacaq. Sevdiyiniz insanla təmaslardan həzz ala bilərsiniz.

Axşam saatlarında diqqətli olun.

Qız - günün ilk yarısında risk etməyin. Maliyyə məsələlərində soyuqqanlı və diqqətli davranın. Sınanmış metodlardan yararlanın, başqasının təcrübəsindən istifadə edin. Səhv addımlar ataraq sonrakı acı təcrübədən bəhrələnmək ən yanlış yoldur. Müttəfiqlər və dostlar sizə maraqlandığınız suallara cavab tapmağa yardım edəcəklər.

Dəyər verdiyiniz insanlarla günün ikinci yarısında qayğıkeş olun.

Axşam saatları xoş sürprizlər vəd edir. İndiyədək laqeyd olduğunuz məqama diqqətiniz artacaq. Yaxın ətrafınızdakı insanlarla normal davranın. Ünsiyyət çevrənizi məhdudlaşdırın.

Tərəzi - hansısa işlər alınmazsa və ya olaylar məcrasından çıxarsa, narahat olmayın. Hər şey gözləntilərinizə uyğun olmazsa, olaylar planlaşdırılan məcrada getməzsə, təşvişə düşməyin, narahat olmayın. İşdə rəhbərlik və həmkarlarla ünsiyyətdə çevik, məntinqli olun. Güzəştə hazırlığınızı qarşı tərəf yetərincə dəyərləndirəcək.

Emosiyalara uymayın.

Günün ikinci yarısında yeni yaradıcılıq planları və biznes-ideyalar formalaşacaq. Gəlir əldə etməyin orijinal yollarını arayın. Ağır fiziki işlə özünüzü ifrat dərəcədə yormayın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Ağır iş səhhətinizdə problemlərin yaranmasına, xroniki ağrıların kəskinləşməsinə səbəb ola bilər.

Əqrəb - işgüzar görüşlər, uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, anlaşma və sövdələşmələr üçün əlverişli zamandır. Hətta ən cəsarətli və orijinal ideyalarınız dəstəklənəcək. Gözlənilməz mənbədən gəlir əldə edilməsi istsina deyil. Unutduğunuz köhnə borcu qaytaracaqlar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə dəyişikliklər, xoş sürprizlər olacaq. Uzun müddətdən bəri rəğbət bəslədiyiniz insanı görüşə çağıra bilərsiniz. Ailə üzvləri və yaxınlarınızla ünsiyyət sizdə xoş təəssüratlar yaradacaq.

Axşam saatlarında normal istirahət etməyə can atın.

Oxatan - günün ilk yarısında yaranan problemlər sizdə təşviş hissi yaratmasın. Onları sürətlə həll etmək mümkündür. Çətinliklərin dəf olunması üçün ifrat zəhmətə ehtiyac yoxdur.

Kölgədə qalmağa çalışın. İşdə rəhbərlikdən uzaq durun. Peşəkar fəaliyyət sahəsində gələcəyinizin asılı olduğu insanlarla diqqətli olun.

Günün ikinci yarısı qarşınızda yeni imkanlar açır. Fürsətdən yararlanın, perspektivli planları seçməyi bacarın. Maliyyə durumunuzu yaxşılaşdıra bilərsiniz. Bir qədər çox çalşımalı olacaqsınız. Şikayətlənməyin, başladığınız işi başa vurun.

Yaxınlarınız sizə, məmnuniyyətlə, yardım edəcəklər.

Oğlaq - günün ilk yarısında çətinliklər az olmayacaq. Problemlər çoxsaylıdır. Onları həll etmək olar. Problemlərin öhdəsindən gəlməkdə sizə yardımçı olacaq insanları tapa bilərsiniz. Yaxşı məsləhətlə yanaşı, real işlər də istisna deyil.

Aldığınız işgüzar təklifləri ehtiyatla qəbul edin, diqqətli olun. Razılaşmağa tələsməyin. Təkliflər maraqlı olsa da, sizi aldatmağa çalışırlar.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Münaqişələrə yol verməyin. Soyuqqanlı olun, emosiyaların qurbanı olmayın. Alış-verişdə çox pul xərcləməyin. Gərəksiz əşyalar almayın.

Dolça - günün ilk yarısı əlverişli zamandır. Ən cəsarətli planlarınızı reallaşdırmaq, niyyətinizi həyata keçirmək şansları var. Yeni tanışlıqlar istisna deyil. İlk dəfə gördüyünüz insanla dil tapmağa can atın. Bələd olduğuunz insanlarla tərəfdaşlıqda diqqətli davranın.

Təriflər eşidəcəksiniz.

Günün ikinci yarısında gəlirlər, dəyərli hədiyyələr istisna deyil. Alış-verişdə bahalı əşya ala bilərsiniz. Bütün ailə üzvlərinin istifadə edə biləcəyi nəsnə alın. Məişət texnikası da almaq olar.

Axşam saatlarındakı tanışlığın yaxşı perspektivləri var.

Balıqlar - günün ilk yarısında önəmli hadisələr baş verməyəcək. Situasiyadan yararlanaraq mövqelərinizi daha da gücləndirin, qüvvələrinizi bərpa edin.

İndiyədək görməyə vaxt tapmadığınız işləri bitirin. Peşəkar fəaliyyət müstəvisində yeni məsələlər var. Onların həlli maraqlı proses olacaq, bilik və təcrübənizi artıracaq.

Günün ikinci yarısında səfər uğurlu alınacaq. Faydalı tanışlıqla yanaşı, sərfəli anlaşmaya nail ola bilərsiniz. Şəxsi münasibətlərdə də irəliləyiş istisna deyil. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə səmimi və qayğıkeş olun.

Son.az

Müştəridən xəbərsiz kredit limiti artırıla bilər?  VİDEO like
  • 21 Okt 23:46  
Digərləri Müştəridən xəbərsiz kredit limiti artırıla bilər? VİDEO

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlar arasında müxtəlif bankla

arrow Ətraflı
Tünzalənin qızı anasını efirdə ağlatdı like
  • 21 Okt 23:31  
Şou-biznes Tünzalənin qızı anasını efirdə ağlatdı

Tünzalə Ağayeva "Qonaqcanlı" verilişində doğum gününü qeyd e

arrow Ətraflı
Narinin qətlində yeni təfərrüat: Qatillərin cəzası bəlli oldu like
  • 21 Okt 23:17  
Kriminal Narinin qətlində yeni təfərrüat: Qatillərin cəzası bəlli oldu

Türkiyədə vəhşicəsinə qətlə yetirilən 6 yaşlı Narin Güranın ölüm

arrow Ətraflı
Sudan hərbi qüvvələri səhvən BƏƏnin yük təyyarəsini vurdu like
  • 21 Okt 23:06  
Dünya Sudan hərbi qüvvələri səhvən BƏƏnin yük təyyarəsini vurdu

Sudanın Çevik Reaksiya Qüvvələri (ÇRQ) səhvən ölkənin qərbində BƏƏ

arrow Ətraflı
Zayn Malik bütün konsertlərini təxirə saldı like
  • 21 Okt 23:00  
Şou-biznes Zayn Malik bütün konsertlərini təxirə saldı

Dünyaca məşhur müğənni Zeyn Malik konsertini ləğv edib.

arrow Ətraflı
Bu rayona güclü dolu düşdü like
  • 21 Okt 22:47  
Digərləri Bu rayona güclü dolu düşdü

Oğuz rayonuna güclü dolu düşüb.

arrow Ətraflı
“Bunu özünü pula satan insanlar etdilər, acınacaqlıdır” like
  • 21 Okt 22:45  
Şou-biznes “Bunu özünü pula satan insanlar etdilər, acınacaqlıdır”

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə gec-gec çıxmasının sə

arrow Ətraflı
Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam  Tramp like
  • 21 Okt 22:31  
Dünya Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam Tramp

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bil

arrow Ətraflı
Bu rayona güclü qar yağdı like
  • 21 Okt 22:22  
Digərləri Bu rayona güclü qar yağdı

Laçın rayonu Mirik və Quşçu kəndlərində qar yağıb.

arrow Ətraflı
Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar like
  • 21 Okt 21:52  
Kriminal Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalay

arrow Ətraflı
Sulu qar yağmağa başladı  Bu ərazilərdə like
  • 21 Okt 21:50  
Digərləri Sulu qar yağmağa başladı Bu ərazilərdə

Azərbaycanda faktiki hava açıqlanıb.

arrow Ətraflı
Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu like
  • 21 Okt 21:42  
Digərləri Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cin

arrow Ətraflı
Altıncı hissi olan bürclər  Onlardan nəsə gizlətmək mümkün deyil like
  • 21 Okt 21:38  
Digərləri Altıncı hissi olan bürclər Onlardan nəsə gizlətmək mümkün deyil

Astrologiyaya görə, bəzi bürclər anadangəlmə güclü intuisiyaya sahib ol

arrow Ətraflı
Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir  FOTO like
  • 21 Okt 21:24  
Şou-biznes Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir FOTO

Türkiyəli aktrisa Çağla Bozla iş adamı Mehmet Dinçerlerin sevgili olduğ

arrow Ətraflı
Putin Ərdoğanla görüşəcək like
  • 21 Okt 21:13  
Digərləri Putin Ərdoğanla görüşəcək

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin BRİCS sammiti çərçivəsin

arrow Ətraflı