“Bunu özünü pula satan insanlar etdilər, acınacaqlıdır”


Şou-biznes 21 Okt 2024 22:45:00 75 0

“Bunu özünü pula satan insanlar etdilər, acınacaqlıdır”

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə gec-gec çıxmasının səbəbindən danışıb.

Bu xəbəri də oxu: Zerrin Özerdən sevənlərinə

Son.az bildirir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında ARB TV-də yayımlanan "Pərvizə görə" proqramında açıqlama verib.

Sevda deyib ki, keyfiyyətli layihələr az olduğu üçün efirdən uzaq gəzir:

"Öz seçimimdir. Çünki keyfiyyətli layihələr azdır. Çox olsa, həmin verilişlərə məmnuniyyətlə gedərəm. Düzü, tənbəlliyim də var. Deyim ki, hər verilişə ürək atıb gedirəm, yox. Bu, son illər belə deyil. Həmişə belə olmuşam. Mən tanınmış yazıçı ailəsində doğulmuşam. Gözümü açandan bizim evdə çəkilişlər olub, televiziyada göstəriblər. Ona görə həmişə televiziyaya qarşı rahat olmuşam. Amma işlərimlə bağlı çıxmalıyam. Son illər televiziyada olanları gördüm. Düşündüm ki, belə şeylərə qatılmaq, kiminsə əlində oyuncaq olmaq istəmirəm. Söhbət son iki-üç, beş ildən yox, son 15 ildən gedir. Mən o deyiləm, mənə o reytinq lazım deyil. Vacib deyil ki, bu verilişə çıxım, sabah hamı məndən danışsın. Mən onun yolçusu deyiləm. Az olsun, reytinqi olmasın, hörmətli olsun. Mənim üçün hörmət çox önəmlidir. Kimsə məni sevməyə bilər, hörmət isə çox vacibdir. Aparıcılar özlərinə sual versinlər ki, əsl sənətçilər niyə efirə gəlmir? İllər əvvəl "Arazbarı" layihəm işıq üzü görəndə kanallardan biri dəvət etdi ki, sənin bu layihənin verilişdə təqdimatını edək. O da çox böyük iş idi. Gürcüstanda xorla oxumuşduq, ümumiyyətlə ilk dəfə ifa olunurdu. Verilişə gəldim, yanımda bir ifaçı oturub, onu tanımıram. Həyatımda onu ilk dəfədir görürəm, ümumiyyətlə Azərbaycanda yox, Rusiyada yaşayırmış.  Bu ifaçını bir təqdim etdilər ki... Mən də atası-anası olmayan yetim kimi qıraqda oturmuşam. Bu gələn kimdir? Mahnıları da restoran mahnılarıdır. Fikirləşdim ki, mənim burada nə işim var? Niyə gəlmişəm? Mənim də layihəm sadəcə "Arazbarı" kimi təqdim olundu. Anladım ki, bu insan verilişə çıxmaq üçün külli miqdarda pul verib. Məni etdilər heç, onu isə... Onu birinci və sonuncu dəfə gördüm, sonra da efirlərdə rastlaşmadım. Bunu özünü pula satan insanlar etdilər. Amma ayıb və insaf deyilən bir şey var. Siz onu edəndə utanmadınız? Bu kimi şeylər sənət adamını qırır. Sonra deyirsən ki, verilişə getmirəm, ya da tək çıxıram.  Bu, bir neçə dəfə təkrarlanan hadisələrdir ki, başıma gəlib, Sonradan özümə söz verdim ki, bu, belə olacaq. Ona görə də aparıcılar deyəndə ki, biz çağırırıq, onlar gəlmir. Siz bilin ki, niyə getmirik. Əniməm ki, tək deyiləm, eyni fikirdə olan bir çox sənətçilər, musiqiçilər var. Məsələn, kiminsə evinə qonaq gedirsən, soruşursan ki, kimlər olacaq? Bu, ona görə deyil ki, kimisə özündən aşağı görürsən. Yox. Mən birgə əyləşdiyim insanla söhbətim tutmalıdır, dünya görüşümüz bir olmalıdır, o bilməlidir ki, yanındakı insanın sənəti nədir, mən də həmçinin. Bu kimi şeylər üst-üstə düşməyəndə uyğunlaşmır. Sənə də xoş olmur, sən də qaşqabaqlı olursan, sonra da özünə söyürsən ki, niyə o verilişə çıxdım? Bunlar olmasın deyə əvvəldən öz sözünü deyirsən. Mən kimi günahlandırıram? Televiziyaları. İndi şükür ki, elə kanallar, verilişlər var ki, keyfiyyətli iş üçün çalışırlar. Reytinq olmasa da, keyfiyyət olsun deyə çabalayırlar. İndi internet dövrüdür. Kim nəyi istəyirsə, girib baxacaq. Siz onu efirə çıxarmayın. Efirə çıxaranda səviyyəli insanla, verilişlə eyni durur. Adi insan  başa düşmür ki, bunların hansı yaxşıdır. İkisini də efirdə görürəmsə, deməli, eyni səviyyədədir deyə fikirləşir. Efir tərbiyləndirməlidir, nümunə olmalıdır. O cümlədən efirə çıxan insanlar, verilişlər örnək təşkil etməlidir.  Çünki balaca uşaqlar izləyir, norma kimi qəbul edir, elə böyüyür. Bu, mənim şəxsi fikrimdir. Bəzi verilişlərə hərdən baxıram. Bilmirəm, gülüm, ya ağlayım. Çox acınacaqlıdır. Sanki aparıcı məhəllədə qonşuları ilə oturub, bir tumları çatmır".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam  Tramp like
  • 21 Okt 22:31  
Dünya Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam Tramp

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bil

arrow Ətraflı
Bu rayona güclü qar yağdı like
  • 21 Okt 22:22  
Digərləri Bu rayona güclü qar yağdı

Laçın rayonu Mirik və Quşçu kəndlərində qar yağıb.

arrow Ətraflı
Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar like
  • 21 Okt 21:52  
Kriminal Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalay

arrow Ətraflı
Sulu qar yağmağa başladı  Bu ərazilərdə like
  • 21 Okt 21:50  
Digərləri Sulu qar yağmağa başladı Bu ərazilərdə

Azərbaycanda faktiki hava açıqlanıb.

arrow Ətraflı
Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu like
  • 21 Okt 21:42  
Digərləri Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cin

arrow Ətraflı
Altıncı hissi olan bürclər  Onlardan nəsə gizlətmək mümkün deyil like
  • 21 Okt 21:38  
Digərləri Altıncı hissi olan bürclər Onlardan nəsə gizlətmək mümkün deyil

Astrologiyaya görə, bəzi bürclər anadangəlmə güclü intuisiyaya sahib ol

arrow Ətraflı
Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir  FOTO like
  • 21 Okt 21:24  
Şou-biznes Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir FOTO

Türkiyəli aktrisa Çağla Bozla iş adamı Mehmet Dinçerlerin sevgili olduğ

arrow Ətraflı
Putin Ərdoğanla görüşəcək like
  • 21 Okt 21:13  
Digərləri Putin Ərdoğanla görüşəcək

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin BRİCS sammiti çərçivəsin

arrow Ətraflı
Əməkdar artistə dələduzluq: like
  • 21 Okt 21:05  
Şou-biznes Əməkdar artistə dələduzluq:

Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalm

arrow Ətraflı
Bakıda fantastik qiymətə günlük mənzillər: like
  • 21 Okt 20:57  
Digərləri Bakıda fantastik qiymətə günlük mənzillər:

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.

arrow Ətraflı
XƏBƏRDARLIQ: Yeni COVID ştammının like
  • 21 Okt 20:50  
Dünya XƏBƏRDARLIQ: Yeni COVID ştammının

İlk dəfə 2024-cü ilin iyununda müəyyən edilən COVID-in XEC variantı art

arrow Ətraflı
Xalq artisti bu maddə ilə like
  • 21 Okt 20:42  
Şou-biznes Xalq artisti bu maddə ilə

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkə

arrow Ətraflı
Ərdoğan Sibihan ilə görüşdü like
  • 21 Okt 20:42  
Digərləri Ərdoğan Sibihan ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın xarici işlər naziri

arrow Ətraflı
Vatsapda daha bir YENİLİK: artıq zənglərdə... like
  • 21 Okt 20:36  
Digərləri Vatsapda daha bir YENİLİK: artıq zənglərdə...

Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.

arrow Ətraflı
Türkiyə MN: like
  • 21 Okt 20:35  
Digərləri Türkiyə MN:

"Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və is

arrow Ətraflı