Əməkdar artistə dələduzluq:


Şou-biznes 21 Okt 2024 21:05:00 93 0

Əməkdar artistə dələduzluq:

Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalmasından danışıb.

Son.az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" verililişində açıqlama verib.

Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:

"Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım çıxmadığı üçün, kağızı götürdüm, dedim çox sağ olun, getdim. İmkanım olmadı orada ev tikməyə, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul etdi, getdim dedim ki, məni aldadıblar. İndi başa düşürəm ki, atamın üzünə yalandan durub şər atan, dırnaq arasında 16 kişi belə edibmiş. Bizi qəbul etdi, dedi ki, kim aldadıb. Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, yalan deyir. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın dalınca getmədim. İllər sonra mənə Cənab Prezident Bakıda ev bağışladı. Onda İsmayıllıdan zəng gəldi ki, Sevda xanım, niyə torpağın üstünə düşmədiniz? Dedim ki, çünki küsdüm. Basqaldan görkəmli insanlar çox çıxmayıb. Onu özüm üçün istəmirdim. Azərbaycanın Xalq yazıçısı, ilk Sovet romanının banisi, indiki yazıçılara örnək, məktəb, dəstək olan babam... İndiyə qədər müharibə haqqında yazan ilk və yeganə yazıçıdır ki, epopeya yazıb. Ondan sonra yazılmayıb. Universitetlərdə Əbülhəsənlə bağlı doktorantura yazıları yazılırdı, imtahanlar verilirdi. O, elə-belə yazıçı deyil. Azərbaycan Yazıçılar birliyində girişdə birinci mənim babamın portreti asılıb. Ayıb deyil? Mən küsdüm o işin dalınca getmədim. Bəlkə kimsə deyərdi ki, niyə getmədin, sənin torpağın idi və sairə. Mən istəmirəm o torpağı, lazım deyil. Allah görsün. Siz onu mənə qarşı yox, o kişiyə qarşı etdiniz. Babamın vəfat etmədən öncə yazısı var idi. Yeri Fəxri xiyabanın birinci sırasında idi. Lakin vəsiyyət etmişdi ki, məni Basqalda, anamın yanında, üzü dağlara qarşı dəfn edin. O, torpağını belə sevirdi. Siz bunu kimə qarşı etdiniz? Niyə kiminsə qapısını döyməliyəm ki, ev muzeyi edin? Düzdü, yubileyi olanda döydüm. Bu insanın nəvəsi, uşaqları olmasaydı, yaddan çıxacaqdı? Dövr dəyişib. Nə olsun ki? Axı bu insan nəhəng yazıçıdır. Deməli, bir insanın övladları olmasa, unudulmalıdır? Onun yaşadığı evə lövhə istəməmişəm. Mədəniyyət Nazirliyinə zəng etdim, mənə o qədər şey dedilər ki, bunları etmək lazımdır və sairə. Getdim, özüm etdim. Atam olduğu üçün demirəm, onu oxuyanda başa düşürsən ki, bu necə gözəl yazıçıdır. Haqq-ədalət sevən insanam. Yenə də mən arxasınca getdim, mən etdim. Bunları mənmi etməliyəm? Söhbət o deyil ki, lövhə asılıb, ya yox. Düzü İsmayıllıda babamın adına küçə var. Hərçənd ki, məni təəccübləndirir ki, niyə Bakıda onun adına küçə yoxdur? Valideyn üçün ən böyük fəxr onun övladı və onun yolunu davam etdirməsidir. Bu gün Sevda Ələkbərzadə deyiləndə, avtomatik olaraq orada Çingiz Ələkbərzadə də var, Əbülhəsən Ələkbərzadə də. Mən də sənətlə məşğul oluram. Yazıçı deyiləm, bu da onun bir qoludur. Mən də bunun öhdəsindən yaxşı gəlirəmsə, başlarını uca edirəmsə, onlar üçün bundan böyük fəxr ola bilməz".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bakıda fantastik qiymətə günlük mənzillər: like
  • 21 Okt 20:57  
Digərləri Bakıda fantastik qiymətə günlük mənzillər:

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.

arrow Ətraflı
XƏBƏRDARLIQ: Yeni COVID ştammının like
  • 21 Okt 20:50  
Dünya XƏBƏRDARLIQ: Yeni COVID ştammının

İlk dəfə 2024-cü ilin iyununda müəyyən edilən COVID-in XEC variantı art

arrow Ətraflı
Xalq artisti bu maddə ilə like
  • 21 Okt 20:42  
Şou-biznes Xalq artisti bu maddə ilə

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkə

arrow Ətraflı
Ərdoğan Sibihan ilə görüşdü like
  • 21 Okt 20:42  
Digərləri Ərdoğan Sibihan ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın xarici işlər naziri

arrow Ətraflı
Vatsapda daha bir YENİLİK: artıq zənglərdə... like
  • 21 Okt 20:36  
Digərləri Vatsapda daha bir YENİLİK: artıq zənglərdə...

Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.

arrow Ətraflı
Türkiyə MN: like
  • 21 Okt 20:35  
Digərləri Türkiyə MN:

"Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və is

arrow Ətraflı
İsrail İran səfirliyinin yaxınlığına like
  • 21 Okt 20:31  
Dünya İsrail İran səfirliyinin yaxınlığına

İsrail Suriyanın paytaxtı Dəməşqə zərbə endirib.

arrow Ətraflı
"Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat..." like
  • 21 Okt 20:23  
Şou-biznes "Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat..."

"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yax�

arrow Ətraflı
Rusiyadan İsraillə bağlı like
  • 21 Okt 20:16  
Dünya Rusiyadan İsraillə bağlı

İsrail bugünkü çətin geosiyasi şəraitdə Rusiyanın Yaxın Şərq regionu

arrow Ətraflı
İt pişik kimi yola gedən BÜRCLƏR like
  • 21 Okt 20:09  
Digərləri İt pişik kimi yola gedən BÜRCLƏR

Çoxdan məlumdur ki, bəzi insanlar, ümumiyyətlə, bir araya gələ bilmir v�

arrow Ətraflı
Albaniyanın keçmiş prezidenti saxlanıldı like
  • 21 Okt 20:02  
Dünya Albaniyanın keçmiş prezidenti saxlanıldı

Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinay�

arrow Ətraflı
Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər edib like
  • 21 Okt 20:00  
Digərləri Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər edib

Gürcüstan azərbaycanlılarının üçüncü qrupunun işğaldan azad olunan �

arrow Ətraflı
Yağışlı hava ilə bağlı BŞİHdən like
  • 21 Okt 19:55  
Digərləri Yağışlı hava ilə bağlı BŞİHdən

Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq

arrow Ətraflı
Mətanət İsgəndərli efirdə elə sual verdi ki, Nanə utandı  VİDEO like
  • 21 Okt 19:44  
Şou-biznes Mətanət İsgəndərli efirdə elə sual verdi ki, Nanə utandı VİDEO

Əməkdar artist Mətanət İsgəndərli "7 tamam" verilişində qonaq

arrow Ətraflı