Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu


Digərləri 21 Okt 2024 21:42:00 91 0

Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?

Son.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.

Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: "Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib".

T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.

"Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil", - deyə dosent sərçə ətinin faydalarına da toxunub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Altıncı hissi olan bürclər  Onlardan nəsə gizlətmək mümkün deyil like
  • 21 Okt 21:38  
Digərləri Altıncı hissi olan bürclər Onlardan nəsə gizlətmək mümkün deyil

Astrologiyaya görə, bəzi bürclər anadangəlmə güclü intuisiyaya sahib ol

arrow Ətraflı
Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir  FOTO like
  • 21 Okt 21:24  
Şou-biznes Hadisənin keçmiş əri bu tanınmışla sevgilidir FOTO

Türkiyəli aktrisa Çağla Bozla iş adamı Mehmet Dinçerlerin sevgili olduğ

arrow Ətraflı
Putin Ərdoğanla görüşəcək like
  • 21 Okt 21:13  
Digərləri Putin Ərdoğanla görüşəcək

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin BRİCS sammiti çərçivəsin

arrow Ətraflı
Əməkdar artistə dələduzluq: like
  • 21 Okt 21:05  
Şou-biznes Əməkdar artistə dələduzluq:

Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalm

arrow Ətraflı
Bakıda fantastik qiymətə günlük mənzillər: like
  • 21 Okt 20:57  
Digərləri Bakıda fantastik qiymətə günlük mənzillər:

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.

arrow Ətraflı
XƏBƏRDARLIQ: Yeni COVID ştammının like
  • 21 Okt 20:50  
Dünya XƏBƏRDARLIQ: Yeni COVID ştammının

İlk dəfə 2024-cü ilin iyununda müəyyən edilən COVID-in XEC variantı art

arrow Ətraflı
Xalq artisti bu maddə ilə like
  • 21 Okt 20:42  
Şou-biznes Xalq artisti bu maddə ilə

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkə

arrow Ətraflı
Ərdoğan Sibihan ilə görüşdü like
  • 21 Okt 20:42  
Digərləri Ərdoğan Sibihan ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın xarici işlər naziri

arrow Ətraflı
Vatsapda daha bir YENİLİK: artıq zənglərdə... like
  • 21 Okt 20:36  
Digərləri Vatsapda daha bir YENİLİK: artıq zənglərdə...

Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.

arrow Ətraflı
Türkiyə MN: like
  • 21 Okt 20:35  
Digərləri Türkiyə MN:

"Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və is

arrow Ətraflı
İsrail İran səfirliyinin yaxınlığına like
  • 21 Okt 20:31  
Dünya İsrail İran səfirliyinin yaxınlığına

İsrail Suriyanın paytaxtı Dəməşqə zərbə endirib.

arrow Ətraflı
"Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat..." like
  • 21 Okt 20:23  
Şou-biznes "Məkanda iki xanım oturub, əllərində telefon, 2 saat..."

"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yax�

arrow Ətraflı
Rusiyadan İsraillə bağlı like
  • 21 Okt 20:16  
Dünya Rusiyadan İsraillə bağlı

İsrail bugünkü çətin geosiyasi şəraitdə Rusiyanın Yaxın Şərq regionu

arrow Ətraflı
İt pişik kimi yola gedən BÜRCLƏR like
  • 21 Okt 20:09  
Digərləri İt pişik kimi yola gedən BÜRCLƏR

Çoxdan məlumdur ki, bəzi insanlar, ümumiyyətlə, bir araya gələ bilmir v�

arrow Ətraflı
Albaniyanın keçmiş prezidenti saxlanıldı like
  • 21 Okt 20:02  
Dünya Albaniyanın keçmiş prezidenti saxlanıldı

Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinay�

arrow Ətraflı