Aktau faciəsində xilas olan Toğrul Cəfərov: "Pilot bizi suya eniş üçün hazırladı"
Digərləri 02 Yan 2025 23:16:00 159 0
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.
Son.az xəbər verir ki, 32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb:
"Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər".
Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər:
"Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik".
Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
İranın Romadakı səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2 nəfərin xəsarət alması ilə n
2025-ci ilin yanvar ayında bəzi bürclər maliyyə baxımından xüsusilə uğ
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşi
İsrailin Baş Naziri Benyamin Netanyahu uğurlu prostat əməliyyatından sonra
ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində terror aktının təşkil
"Ölkə çox siyasiləşib. Mən bunda təhlükəli tendensiyalar görürə
Türkiyəli tanınmış müğənni Hadise Yeni illə bağlı iştirak etdiyi tə
Uzun müddətdir Antalyada müalicə alan məşhur sənətçi Ferdi Tayfur 79 ya
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reani
Əməkdar jurnalist, "Qulp Studio" MMC-nin direktoru Mübariz Əsgəro
Suriya həbsxanaları və düşərgələrində qalan İŞİD terrorçularının
Komada olan aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yold
Bakıda vəzifəyə təyin olunmaq üçün 40 min manat pul verən şəxs dələ