ABŞdə ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər


Dünya 13 Okt 2024 00:40:00 135 0

ABŞdə ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

ABŞ-nin Kaliforniya ştatında iki erməni - bir kişi və qadın, xəstəxana xidmətləri və diaqnostik testlər üçün saxta sənədlərlə 54 milyon dollardan çox "Medicare" tibbi proqram fırıldaqçılığında, milyonlarla dollarlıq qızıl sikkələr və külçələr alaraq qanunsuz vəsaitlərin yuyulmasında təqsirləndirilir.

Son.az report.az-a istinadən xəbər verir ki, bu barədə "USA Today" federal hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, Los-Ancelesdən olan 36 yaşlı Sofiya Şaklyan və 47 yaşlı Aleks Aleksanyan çərşənbə günü 24 nəfərlik federal ittiham əsasında həbs ediliblər.

Federal prokurorlar bildiriblər ki, Şaklyan 16 tibbi fırıldaqçılıq əməli və dörd çirkli pulların yuyulması cinayətində, Aleksanyan isə çirkli pulların yuyulması üçün əlbirlikdə, habelə çirkli pulların yuyulması ilə bağlı 3 cinayətdə ittiham olunur.

ABŞ Prokurorluğunun məlumatına görə, 2019-cu ilin martından 2024-cü ilin avqustuna qədər Şaklyan Los-Anceles dairəsində "Medicare" proqramında qeydiyyatdan keçmiş yeddi tibb işçisinə saxta sənədlər verib.

Məlumata görə, Şaklyana məxsus şirkət "Chateau d'Lumina Hospis and Palliativ Care" və bir sıra diaqnostik test şirkətləri, o cümlədən "Saint Gorge Radiology and Diaqnostics", "Medicare"yə heç vaxt göstərilməyən və lazım olmayan xidmətlər üçün 54 milyon dollar saxta sənəd təqdim edib.

Federal prokurorlar qeyd ediblər ki, Şaklyan və Aleksanyan bu cinayətlərdən ümumilikdə 23 milyon dollardan çox pul qazanıblar. ABŞ Prokurorluğundan verilən məlumata görə, Şaklyan həm də öz şirkətinə ödənilən "Medicare" vəsaitlərini saxta "Varsenik Babayan" adı altında hesablara köçürməklə yuyulmaqda ittiham olunur.

Aleksanyan eyni zamanda bir əcnəbi vətəndaşa Kaliforniyanın Silmar şəhərində "Saint Gorge" Diaqnostika və Radiologiya Mərkəzi açmağı və "Console Hospice" tibb şirkətini almağı tapşırıb. Federal prokurorların bildirdiyinə görə, bundan sonra Aleksanyan şirkətlərə, onların bank hesablarına və xarici vətəndaşların şəxsi bank hesablarına nəzarəti ələ keçirib.

Aleksanyan həmçinin digər cinayətlərdə də ittiham olunur.

ABŞ Prokurorluğu qeyd edib ki, şübhəli şəxslər "Medicare" ödənişlərini və hesablarına "Babayan" adı ilə yatırılan vəsaitləri yumaq üçün 6 milyon dollardan çox qızıl külçə və sikkələr alıblar. Cinayət sübuta yetirilərsə, Şaklyanı səhiyyə sahəsində fırıldaqçılıqda hər bir fakta görə 10 ilədək, çirkli pulların yuyulmasına görə isə 20 ilə qədər həbs cəzası gözləyir. Aleksanyan ittihamlar üzrə təqsirli bilinsə, hər bir maddə üzrə 20 ilə qədər həbs oluna bilər.

Son.az ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Subasmaya məruz qalan vətəndaşlar təxliyə edildi like
  • 13 Okt 00:33  
Digərləri Subasmaya məruz qalan vətəndaşlar təxliyə edildi

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazi

arrow Ətraflı
“Kamp Nou”da fəhlələr arasında əlbəyaxa dava like
  • 13 Okt 00:25  
Dünya “Kamp Nou”da fəhlələr arasında əlbəyaxa dava

İspaniyanın "Barselona" klubunun "Kamp Nou" stadionunun ti

arrow Ətraflı
Günün qoroskopu: İşlər yolunda getmir, like
  • 13 Okt 00:01  
Digərləri Günün qoroskopu: İşlər yolunda getmir,

Son.az 13 oktyabr üçün bürc proqnozunu təqdim edir:

arrow Ətraflı
ABŞda “Sinvar” içkisi İsraildə rezonans yaratdı like
  • 12 Okt 23:44  
Dünya ABŞda “Sinvar” içkisi İsraildə rezonans yaratdı

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fələstinlilərə məxsus

arrow Ətraflı
İsrail tələbdən sonra vurdu like
  • 12 Okt 23:35  
Dünya İsrail tələbdən sonra vurdu

BMT-nin Cənubi Livandakı müvəqqəti qüvvələri yenə də mövqelərində x

arrow Ətraflı
Məşhur jurnalın üz qabığında fotosu olacaq like
  • 12 Okt 23:28  
Dünya Məşhur jurnalın üz qabığında fotosu olacaq

Oktyabr ayında amerikanın məşhur "The New Yorker" jurnalının üz

arrow Ətraflı
Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış like
  • 12 Okt 23:20  
Dünya Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış

arrow Ətraflı
Kopırkin Gümrü bazasına getdi, rus sərhədçilərlə də görüşdü like
  • 12 Okt 23:12  
Dünya Kopırkin Gümrü bazasına getdi, rus sərhədçilərlə də görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Silahlı Qüvvələr

arrow Ətraflı
Melikov Kadırova meydan oxudu – like
  • 12 Okt 23:05  
Dünya Melikov Kadırova meydan oxudu –

Dağıstan regiondan olan senator Süleyman Kərimovu dəstəkləməyə hər zam

arrow Ətraflı
F16 Rusiya Su34nü vurdu: like
  • 12 Okt 22:46  
Dünya F16 Rusiya Su34nü vurdu:

Rusiya ordusunun Su-34 qırıcısı məhv edilib.

arrow Ətraflı
Aygün Kazımovadan illər sonra gələn etiraf like
  • 12 Okt 22:39  
Şou-biznes Aygün Kazımovadan illər sonra gələn etiraf

Xalq artisti Aygün Kazımova "Sənsiz bir günüm olmasın" mahnısı

arrow Ətraflı
İsrail İranda bu hədəfləri vuracaq: like
  • 12 Okt 22:30  
Dünya İsrail İranda bu hədəfləri vuracaq:

İsrail 1 oktyabr raket hücumuna cavab olaraq İrandakı hədəflərini darald�

arrow Ətraflı
Ruslar artıq müharibədən bezib like
  • 12 Okt 22:21  
Dünya Ruslar artıq müharibədən bezib

Rusiyada keçirilən yeni ictimai rəy sorğusu rusların Ukraynadakı müharib�

arrow Ətraflı
Turşsuya nə vaxt qayıdış olacaq? like
  • 12 Okt 22:12  
Digərləri Turşsuya nə vaxt qayıdış olacaq?

Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəb�

arrow Ətraflı