Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?


Şou-biznes 10 Okt 2024 12:55:00 238 0

Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?

"Əksər sahələrdə əxlaqsızlıq nümayiş olunur. Əxlaqımız tənəzzülə doğru gedir, mənəviyyatımızı itiririk. Bu da nədən irəli gəlirsə bilmirəm. Təbii ki, səhnə adamı, sənət adamı adi insandan seçilməlidir. Səhnənin səhnə geyimi olmalıdır. Tək bizim yox, başqa sahələrdə də bu dediklərim var. Mentalitetimizi itirməyə doğru gedirik. Bu dəqiqə ölkədə gündəm şou xəbərlərdən ibarətdir. Elə bil ki, bizim başqa dərdimiz yoxdur! Filan oxuyanın geyimi bahadır, bəhmənkəsin geyimi ucuzdur. Bəziləri əndazədən çıxıblar. Biri deyir ki, filan qiymətə ev aldım. Fikirləşmirlər ki, bizə evi olmayan şəhid, qazi anaları baxır. Hər şeyi efirdə danışırlar. Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb? 300 manat maaşla universitet oxutduran analarımız var. Belə danışmaqla onlara da göz dağı vermiş oluruq"   Son.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.   "Bütün bu səbəblərə görə efirlərə az çıxıram. Efirlər adamı hörmətdən, izzətdən salır. Biri var çıxıb sənətdən danışasan, biri də var sadəcə lağlağıya çıxırlar. Bəzən səni elə adamla qonaq dəvət edirlər ki.. O oxuyana sərf edir, amma mənə yox. Efirləri seçirəm. Çox bərbad gündədir. Görəsən bunun qarşısını alan olacaq? Özəl televiziyaları da bir yandan qınamıram, reytinq gəlməlidir, onlar da dolanmalıdırlar. Amma onu da elə etmək lazımdır ki, ifrata varmaq lazım deyil" deyə xanəndə bildirib. Xanəndə psixoloq Samirə Bağırovanın Azərbaycan qadınları haqqında söylədiyi sözlər haqqında da fikir bildirib. "O xanımı sözün düzü mən tanımıram. Amma onun heç gözəlliyinə yaraşmır ki, Azərbaycan qadınını yıxıb sürüsün. Qətiyyən! O gərək deyərdi ki, bu sözləri hər qadına aid etmirəm. Bir nəfəri hamının adına yazmazlar. Kim danışırsa konkret ad çəksin. Cəmiyyətdə təkcə özünü açıb çölə qoyanlar yoxdur ki.. Birinci və İkinci Qarabağ Müharibəsində elə qəhrəman qadınlarımız olub ki, əsgərlərlə səngərdə bir döyüşüblər. O qadınların əməyini itirmək olmaz. Hər qadını bu xanımın dediyi qadınların cərgəsinə qoymaq olmaz Bir pis qadına görə bütün Azərbaycan qadınları pis ola bilməz ki.. Bizi bütün dünya ölkələri izləyir.. Niyə Azərbaycan qadınını alçaldırsınız, aşağılayırsınız?" deyə xanəndə bildirib.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Oktyabrda sevginizlə qarşılaşa biləcəyiniz like
  • 10 Okt 12:50  
Digərləri Oktyabrda sevginizlə qarşılaşa biləcəyiniz

Son.az lent.az-a istinadən bildirir ki, oktyabr ayı həyatınızı 180° d�

arrow Ətraflı
İcra başçısının müavininə hücum edildi like
  • 10 Okt 12:47  
Digərləri İcra başçısının müavininə hücum edildi

Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.

arrow Ətraflı
Ayaqlarından vurulmuşdu  Türkiyəni like
  • 10 Okt 12:44  
Digərləri Ayaqlarından vurulmuşdu Türkiyəni

Ötən həftələrdə hücuma məruz qalaraq ayaqlarından vurulan "Fənər

arrow Ətraflı
"9 uşağım var, mənə avtobus verin"  VİDEO like
  • 10 Okt 12:38  
Digərləri "9 uşağım var, mənə avtobus verin" VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
Sərhədlərimizi pozan 6 əcnəbi saxlanıldı like
  • 10 Okt 12:32  
Digərləri Sərhədlərimizi pozan 6 əcnəbi saxlanıldı

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasi

arrow Ətraflı
Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ like
  • 10 Okt 09:55  
Digərləri Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ

Bursada boşanma ərəfəsində olan həyat yoldaşı Seher Kındaçı (42 yaş)

arrow Ətraflı
Zəngəzur dəhlizini verməsək, like
  • 10 Okt 09:26  
Digərləri Zəngəzur dəhlizini verməsək,

Biz "Zəngəzur dəhlizi" deyirik, amma əslində söhbət Cənubi Qaf

arrow Ətraflı
Polkovnikin oğlunun faciəli şəkildə öldüyü qəzanın like
  • 10 Okt 09:24  
Digərləri Polkovnikin oğlunun faciəli şəkildə öldüyü qəzanın

Bu gün dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslə bağl

arrow Ətraflı
Qarğıdalının faydaları like
  • 10 Okt 09:21  
Digərləri Qarğıdalının faydaları

Qarğıdalı qiymətli qida məhsuludur. 

arrow Ətraflı
Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü  VİDEO like
  • 10 Okt 09:19  
Şou-biznes Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə ölkə şou-biznesində yeni gündəm müə

arrow Ətraflı
İsrail İranın zavoduna zərbə endirdi like
  • 10 Okt 09:18  
Dünya İsrail İranın zavoduna zərbə endirdi

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətini

arrow Ətraflı
"Sevinsinlər ki, muğam oxumuşam" like
  • 10 Okt 09:12  
Şou-biznes "Sevinsinlər ki, muğam oxumuşam"

Meyxanaçı Balaəli Maştağalı "Rəngarəng" verilişinin qonağı

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: like
  • 10 Okt 09:08  
Digərləri Sürücülərin NƏZƏRİNƏ:

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

arrow Ətraflı