Qarğıdalının faydaları
Digərləri 10 Okt 2024 09:21:00 199 0
Qarğıdalı qiymətli qida məhsuludur.
Bu xəbəri də oxu: Pensiya və maaş artımları bu tarixdən veriləcək
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tərkibindəki lif sayəsində qarğıdalı həzm sisteminin nizamlı işləməsinə kömək edir və qəbizlik kimi problemlərin qarşısını alır. Buna görə də qarğıdalı çəki problemi olan insanlar üçün əla qida seçimi ola bilər.
Qarğıdalıda bol olan karbohidratlar orqanizmə enerji verir və uzun müddət tox qalmağa kömək edir. Eyni zamanda qarğıdalı B qrupu vitaminləri, maqnezium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir.
Xüsusilə qarğıdalıda lutein və zeaksantin kimi antioksidanlar var. Bu maddələr göz sağlamlığını qoruyur və yaşa bağlı göz xəstəlikləri riskini azaldır.
Tərkibindəki sağlam yağlar xolesterin səviyyəsini tarazlayaraq ürək-damar xəstəlikləri riskini azalda bilər.
Qarğıdalı döş və qaraciyər xərçəngini yaranmasına səbəb olan şişlərin əmələ gəlməsininin qarşısını ala bilir.
Qarğıdalı çoxlu karbohidrat ehtiva edir.
Bundan əlavə, qarğıdalı dəri sağlamlığına da töhfə verir. Tərkibindəki C vitamini və antioksidanlar dərinin elastikliyini qorumağa və qocalma əlamətlərini gecikdirməyə kömək edə bilər.
Qarğıdalının faydaları bunlarla məhdudlaşmır. Digər mühüm üstünlükləri odur ki, immunitet sistemini gücləndirir, anemiyanın qarşısını alır və qan şəkərini tarazlaşdırmağa kömək edir. Bütün bu xüsusiyyətləri ilə qarğıdalı balanslı qidalanma proqramında əhəmiyyətli bir yer tutur.
Qarğıdalı tərkibindəki A vitamini və beta karoten sayəsində dəri sağlamlığını qorumağa kömək edir. Tərkibindəki E vitamini sayəsində dəri hüceyrələrini də qoruyur və bu hüceyrələrin çoxalmasını təmin edir. Qarğıdalıda olan Omeqa-3 və Omeqa-6 yağ turşuları saçların sağlam olmasında mühüm rol oynayır.
Bu qida qan təzyiqini lazımi səviyyədə saxlaya bilir, insult və infarkt kimi riskləri minimuma endirir. Beyin və sinir sağlamlığı üçün çox faydalıdır. Yaşlı insanlarda psixi xəstəliklərin inkişaf riskini azalda bilər, Alzheimer xəstəliyinə qarşı təsirlidir.
Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlanıb içilir. Qarğıdalı saçaqları sidikqovucu, ödqovucu, hepatit, bir çox uroloji xəstəliklər, sidik daşı xəstəliyi, müxtəlif qurd invaziyalarının müalicəsində geniş istifadə olunur. Rahatlaşdırıcı təsiri ilə xroniki yorğunluğa da yaxşı təsir göstərir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xalq artisti Röya Ayxan geyimi ilə ölkə şou-biznesində yeni gündəm müə
İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətini
Meyxanaçı Balaəli Maştağalı "Rəngarəng" verilişinin qonağı
Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.
İndoneziyanın Bali adasında yerləşən Trunyan kəndi öz qeyri-adi qədim
Kibertəhlükəsizlik şirkəti "McAfee" adları fırıldaqçılıq ü
"Sənətimə gərək vaxtında qiymət verilərdi. Amma verilməyib. İndi
10.10.2024-cü il saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasın
Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında dəhşətli yol-nəqliyyat
İstanbulda 80 yaşlı Halit Bayşunun cənazə namazı qılınarkən tabutdan s
Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam or
Türkiyəli şoumen Mehmet Ali Erbil yeni görüntüləri ilə gündəmə gəlib