Laçının 2025ci ildə MDBnin mədəniyyət paytaxtı elan edilməsi İlham Əliyevin qətiyyətli siyasətinin uğurudur
Digərləri 10 Okt 2024 12:43:00 208 0
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürurverici hadisədir və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin daha bir təzahürü, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin göstəricisidir.
Bu xəbəri də oxu: Qəzada həlak olan 29 yaşlı qız həkim imiş 3 gün əvvəl... VİDEO
Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, bu bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilir və regionun siyasi gündəliyi ölkəmizin iradəsi ilə müəyyən edilir.
"Laçın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında böyük dağıntılara məruz qalıb və demək olar ki, tamamilə dağıdılmışdı. Azərbaycan Laçını işğaldan azad etdikdən sonra dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı, Laçına həyat yenidən qayıtdı. Bu gün Laçın bərpa olunub, Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilib və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı, xüsusilə də laçınlılar tərəfindən böyük minnətdarlıqla qarşılanır", - deyə S.Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, Azərbaycan bütün nailiyyətlərə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş, milli maraqlara söykənən siyasəti sayəsində nail olub.
Deputat vurğulayıb ki, digər önəmli bir hadisə isə, növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı qərarın verilməsi ilə bağlıdır.
"Azərbaycan həm də dünyada bir idman ölkəsi olaraq nüfuz qazanıb, böyük beynəlxalq idman yarışlarına ev sahibliyi edir. III MDB Oyunlarının keçirilməsi Azərbaycanın idman sahəsində növbəti uğuru və idmanın inkişafına beynəlxalq müstəvidə növbəti mühüm töhfəsi olacaq. Bu eyni zamanda beynəlxalq aləmdə Azərbaycana olan böyük etimadın daha bir nümunəsidir", - deyə deputat əlavə edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasi
Bursada boşanma ərəfəsində olan həyat yoldaşı Seher Kındaçı (42 yaş)
Biz "Zəngəzur dəhlizi" deyirik, amma əslində söhbət Cənubi Qaf
Bu gün dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslə bağl
Xalq artisti Röya Ayxan geyimi ilə ölkə şou-biznesində yeni gündəm müə
İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətini
Meyxanaçı Balaəli Maştağalı "Rəngarəng" verilişinin qonağı
Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.
İndoneziyanın Bali adasında yerləşən Trunyan kəndi öz qeyri-adi qədim
Kibertəhlükəsizlik şirkəti "McAfee" adları fırıldaqçılıq ü
"Sənətimə gərək vaxtında qiymət verilərdi. Amma verilməyib. İndi
10.10.2024-cü il saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasın