“COP29 yaxınlaşdıqca, ölkəmizə qarşı təzyiqlər güclənir”
Siyasət 08 Okt 2024 11:42:00 153 0
"COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiqləri və hücumları daha da güclənməkdədir. Amnesty International və Human Rights Watch təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər".
Bu xəbəri də oxu: "İlin sonunadək sülh sazişinin imzalanması Ermənistandan asılıdır"
Son.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.
"Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty International və Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar Amnesty International və Human Rights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.
Biz Amnesty International və Human Rights Watch-un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə
Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə i�
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhməd
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Oktyabr ayı əksər bürclər üçün kifayət qədər sakit ay olacaq. Amma bu
Məşhur ABŞ-li müğənni Uitni Hyustonun 91 yaşlı anası Sissi Hyuston vəf
Sumqayıtda 33 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb.
Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsin
"İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidi
Müğənni Afət Fərmanqızı ötən gün paytaxtın məşhur məkanlarından b
Pakistanın siyasi partiyaları İsrailin Yaxın Şərqdə hərbi əməliyyatlar
ABŞ Prezidenti Co Bayden Florida ştatında fövqəladə vəziyyət elan edilm�
"Meta"nın təsisçisi və rəhbəri Mark Zukerberq həyat yoldaşı P