Pakistanda hava limanı yaxınlığında baş verən partlayışı
Dünya 07 Okt 2024 19:28:00 113 0
Pakistanın Kəraçi şəhərində Cinnah beynəlxalq hava limanı yaxınlığında baş verən partlayışı törədənin kimliyi məlum olub.
Bu xəbəri də oxu: Rusiya Ermənistana qaz nəqlini
Son.az bildirir ki, bu barədə Oxu.Az Knews.kg nəşrinə istinadən xəbər verir.
Məlumata görə, iki Çin vətəndaşının həlak olduğu partlayışa görə məsuliyyəti separatçı Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.
Çinin Pakistandakı səfirliyi yerli vaxtla saat 23:00 radələrində baş verən partlayış zamanı çox sayda pakistanlı hərbçi öldüyünü və yaralandığını bildirib.
Səfirlik əlavə edib ki, partlayış üçün Sind əyalətində enerji layihəsində çalışan çinli mühəndislərin karvanı hədəf alınıb.
Bəlucistan Azadlıq Ordusu isə son illərdə layihələrdə iştirak edən Çin vətəndaşlarına qarşı hücumlar həyata keçirir.
Silahlılar yaydıqları bəyanatda Kəraçi hava limanından gələn yüksəksəviyyəli çinli mühəndis və investorların olduğu karvana hücum həyata keçirdiklərini bildiriblər.
Çin səfirliyinin məlumatına görə, mühəndislər Çin tərəfindən maliyyələşdirilən "Port Qasim Power Generation Co Ltd"nin əməkdaşlarıdır və Kəraçi yaxınlığındakı "Port Qasim"da iki kömür elektrik stansiyası inşa etmək niyyətindədirlər.
Çin-Pakistan iqtisadi dəhlizinin bir hissəsi olan zavod həmçinin qaz və minerallar da daxil olmaqla, təbii ehtiyatlarla zəngin olan Pakistanın Bəlucistan əyalətində bir sıra infrastruktur və enerji layihələrini maliyyələşdirir.
Bəlucistan Azadlıq Ordusu mütəmadi olaraq bölgədəki Çin vətəndaşlarına hücum edir və etnik bəlucların xarici investorların əldə etdiyi sərvətdən öz paylarını almadıqlarını iddia edir.
Pakistanın Kəraçi şəhərində, Cinnah Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə Sind əyalətinin daxili işlər naziri Ziya Lancar məlumat verib.
Məlumata görə, partlayış nəticəsində iki avtomobil və iki motosiklet yanıb, azı iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Lancarın sözlərinə görə, partlayan avtomobilin içində əcnəbi vətəndaşlar olublar. Onun fikrincə, bu, əcnəbilərə qarşı hücum olub. Nazir əlavə edib ki, əldəqayırma partlayıcı qurğunun olması barədə məlumatlar var.
Partlayışla bağlı araşdırmaya başlanılıb, o cümlədən müşahidə kameralarının qeydləri nəzərdən keçirilir.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Çin vətəndaşlarına hücum olub və onlardan biri yaralanıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı s
Əgər öskürəyiniz varsa, çox miqdarda ilıq çay içməlisiniz. Bir çox in
"İsrail İrana qarşı yenidən nəsə edərsə, Tehranın cavabı asimmet
Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri
Azərbaycan Hərbi Hava Qüvvələrinə komandan təyin olunub.
"WhatsApp" mesajlaşma platformasındə yeni funksiya təqdim ediləc�
Avropanın bütün ərazisi etnik təmizləmə ərazisidir.
Bakının Nəsimi rayonunda qız faciəvi şəkildə ölüb.
Xəbər verdiyimiz kimi, bu gün müğənni Afət Fərmanqızı oğluna toy edir
Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında
Dövlət qulluğuna qəbul olmaq üçün oktyabrın 6-da keçirilən test imtaha
Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid
Müğənni Xatun Əliyevanın həmkarı Ayan Babakişiyeva ilə küsülü olduğ