Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 12ci pillədə qərarlaşdı
Digərləri 01 Fev 2024 20:52:00 383 0
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.
Bu xəbəri də oxu: Əməliyyat otağında ad günü qeyd edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
2023-cü il ərzində Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi "Milli Kibertəhlükəsizlik İndeksi"nin ("National Cybersecurity Index") reytinq cədvəlində respublikamızın mövqeyinin 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunub.
AKTA-dan Son.az-a bildirilib ki, ötən ilin sentyabrdan etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə meyarlarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib.
Yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub.
Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb. Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.
Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən "Milli Kibertəhlükəsizlik İndeksi" kibertəhlükəsizliyin təmin edilməsi və kiberinsidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqa
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyi�
Prezident İlham Əliyev "İnvestisiya təşviqi sənədinin verilməsi nə
Müğənni Niyam Salami Xalq artist Brilliant Dadaşova ilə bağlı fikirlərin
22 il əvvəl nümayiş etdirilmiş və hələ də unudulmayan "Klon"
Aktrisa Yasemin Allen həmkarı Selin Şekercinin öpüşmə səhnələri ilə b
Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayı
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üz
Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad m
103 yaşlı qoca 49 yaşlı qadınla evlənib. Hadisə Hindistanda baş verib.
Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud T�
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dö
Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.
Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45