Çexiya parlamentinin sədri İrəvanda səsləndirdiyi bəyanatları təkzib etdi
Siyasət 01 Fev 2024 19:08:00 405 0
Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova deyib.
"Hesab edirəm ki, mənim sözlərim təhrif edilib. Qarabağın Azərbaycan torpağı olmasına heç vaxt şübhə etməmişəm. Çexiya bütün ölkələrin, o cümlədən Cənubi Qafqazın bütövlüyünü və suverenliyini dəstəkləyir", - o bildirib.
Spikerin sözlərinə görə, Çex Respublikası üçün tərəflər arasında dialoqun mövcud olması vacib amildir:
"Biz, əlbəttə, ölkələrin suverenliyini dəstəkləyirik və əlimizdən gələni etməyə hazırıq ki, Azərbaycan ilə Ermənistan arasında dialoqun yaranmasına töhfəmizi verək".
M.Pekarova sülhün bərqərar olduğu Qafqaz regionunun bundan sonra daha da çiçəklənəcəyini bildirib.
"İndi vacib olan məsələ gələcəyə nəzər salmaqdır. Hazırda region ölkələri arasında yeni əlaqələr inkişaf etməkdədir. Bu da bizim hamımız üçün vacibdir".
Xatırladaq ki, bir gün əvvəl Ermənistan mətbuatı yazmışdı ki. Marketa Pekarova Adamova İrəvana səfəri zamanı "Azərbaycanı Ermənistanla danışıqlara qaytarmağa kömək etmək niyyətində olduğunu" bildirib və "Azərbaycanı sülhü bərpa etməyə məcbur etmək üçün bütün mövcud rıçaqlardan istifadə edəcəyini" vəd edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45
Astroloqlara görə, 3 bürc fevral ayında həyatının sevgisi ilə qarşıla�
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
Türkiyədə gözəllik salonunda qəribə hadisə yaşanıb.
İzmirin Qaziemir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə g�
Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevi
Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli i
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı
01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və
Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g
Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun
Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə