"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"
Siyasət 01 Fev 2024 18:12:00 395 0
Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli iddialar Avropda başladılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın guya müharibəyə hazırlaşdığı ilə bağlı cəfəng iddianın isə heç bir əsası yoxdur.
Son.az xəbər verir ki. bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Ermənistana sülh təklif etdi və azad etdiyi ərazilərinin bərpası prosesinə start verdi.
"Bəzi Qərb dairələri isə Azərbaycana qarşı qərəzli siyasətlərini genişləndirməyə çalışırlar. AŞPA qış sessiyasında çirkin qaralama kampaniyasının tərkib hissəsi olaraq Azərbaycan nümayəndə heyətinin cari il üçün etimadnaməsi əssassız ittihamlarla təsdiqlənmədi. Kənardan idarə olunma təəssüratı yaradan bu siyasi şou AŞPA-da fikir plüralizmi və söz azadlığı deyil, təşkilatlanmış, kütləviləşdirilmış qərarların icra olunduğunu ortaya qoydu.
Niderland parlamanetinin nümayəndələrinin Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə cəfəng mülahizələri isə ölkəmizə qarşı olan qərəzin nümunəsidir. Niderlandlı parlamanetarilər Azərbaycanın azad olunmuş ərazilərdə gördüyü işləri, sülhə verdiyi töhfəni, ümumilikdə bölgənin inkişafı üçün atdığı addımları görməzdən gəlirlər. Görünür, onlara da göstəriş verilib ki, AŞPA-dakı qərəzi onlar da davam etdirsinlər.
Azərbaycan azad olunmuş ərazilərin bərpasına milyardlarla manat vəsait yatırıb və sürətlə əraziləri bərpa edir, yenidən qurur. Həmin ərazilər uzun illər işğalçı Ermənistan tərəfindən dağıdılıb, talan edilib. Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir.
Azərbaycan Cənubi Qafqazda birgəyaşayışı, sülhü təşviq edən başlıca ölkədir", - deyə A.Qarayev əlavə edib.
Polkovnik qeyd edib ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilməsi heç də təsadüfi deyil:
"Bir sıra Qərb dairələri bir neçə müddətdir ki, Azərbaycanın artan nüfuzuna, siyasi gücünə, hərbi qüdrətinə qısqanclıqla yanaşırlar və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onlar ən çirkin yollara əl atmaqdan da çəkinmirlər.
Avropa ölkələrinin parlamentləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərini dəstəkləmək əvəzinə, prosesə ciddi cəhdlə mane olmağa çalışırlar. Lakin bütün bu cəhdlər, bəyanatlar, qətnamələr separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı
01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və
Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g
Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun
Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə
Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəs
Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbi
Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı
Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tən
Nizami Rayon İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Gününə
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış