Daha bir şagird vəfat etdi
Digərləri 01 Fev 2024 16:27:00 355 0
Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Bu xəbəri də oxu: 15 fələstinli Türkiyəyə göndərilir
Son.az xəbər verir ki, "Qafqazinfo"Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Təhsil ocağından bildirilib ki, şagird bir neçə gün öncə vəfat edib: "Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir".
Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib: "Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.
Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı
Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tən
Nizami Rayon İcra Hakimiyyətində 2 fevral - Azərbaycan Gəncləri Gününə
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikit�
Meyxanaçı-müğənni Samirə Yusifqızının müğənni övladı Fərəh kamer
Şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası Baş nazir postuna İ
Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin t
"Litva Təhsil, Elm və İdman Nazirliyi Vilnüs meriyasının yeni tədris
Bakının Qaradağ və Səbail rayonlarına qazın verilişi dayandırılıb.
Rusiyanın Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsi ABŞ-nin