KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştiraka dəvət edir
Digərləri 01 Fev 2024 18:53:00 341 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus)
Bu xəbəri də oxu: Azərbaycanda universitet rayonun mobillik planını hazırlayacaq
Eyni zamanda sahibkarlar müvafiq dövlət qurumlarının iştirakı ilə sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).
Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir.
İndiyədək KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlərdə qaldırılan bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapıb, səsləndirilən müxtəlif təkliflər dəstək mexanizmlərinin təkmilləşdirilməsi zamanı nəzərə alınıb.
Qeyd edək ki, təkcə 2023-cü ildə KOBİA-nın təşkilatçılığı ilə 131 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3600-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən kənd təsərrüfatının çayçılıq, üzümçülük, istixana fəaliyyəti, şərabçılıq, heyvandarlıq, quşçuluq sahələrini, turizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac və reklam fəaliyyəti istiqamətlərini əhatə edib.
Türkiyədə gözəllik salonunda qəribə hadisə yaşanıb.
İzmirin Qaziemir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə g�
Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevi
Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli i
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı
01 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və
Xalq artisti Aygün Kazımova ilə Əməkdar artist Xəyyam Nisanovun maraqlı g
Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun
Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor tə
Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəs
Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbi
Bərdədə intihar edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı