Sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq
Siyasət 01 Fev 2024 20:24:00 456 0
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra - kredit təşkilatları) manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılır.
"Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası" təsdiq edilir.
Müəyyən edilir ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi bu fərmanla təsdiq edilən Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu fərmana uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.
Dövlət Turizm Agentliyi bu fərmanla təsdiq edilən Qaydada nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etməlidir. Son.az
Prezident İlham Əliyev "İnvestisiya təşviqi sənədinin verilməsi nə
Müğənni Niyam Salami Xalq artist Brilliant Dadaşova ilə bağlı fikirlərin
22 il əvvəl nümayiş etdirilmiş və hələ də unudulmayan "Klon"
Aktrisa Yasemin Allen həmkarı Selin Şekercinin öpüşmə səhnələri ilə b
Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayı
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üz
Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad m
103 yaşlı qoca 49 yaşlı qadınla evlənib. Hadisə Hindistanda baş verib.
Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud T�
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dö
Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.
Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45
Astroloqlara görə, 3 bürc fevral ayında həyatının sevgisi ilə qarşıla�
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı