Ceyhun Bayramov Saymon Stil ilə görüşdü
Siyasət 01 Fev 2024 19:38:00 412 0
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
Bu xəbəri də oxu: Azərbaycan XİN ABŞdəki hücumu pislədi
XİN-dən Son.az-a bildirilib ki, görüşdə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb.
Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən, təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub.
İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik tərəfindən yaxından töhfə veriləcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Neftçala rayonunda 1984-cü il təvəllüdlü Tamerlan qeyri-rəsmi ər-arvad m
103 yaşlı qoca 49 yaşlı qadınla evlənib. Hadisə Hindistanda baş verib.
Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud T�
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dö
Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib.
Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45
Astroloqlara görə, 3 bürc fevral ayında həyatının sevgisi ilə qarşıla�
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
Türkiyədə gözəllik salonunda qəribə hadisə yaşanıb.
İzmirin Qaziemir şəhərində taksi sürücüsü soyuqda üşüməsin deyə g�
Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevi
Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli i
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı