Saxta diplomlu "həkim"lərin sayı niyə artır? "Prosesə üç dövlət qurumu nəzarət edir"


Digərləri 11 Yan 2025 10:04:00 72 0

Saxta diplomlu "həkim"lərin sayı niyə artır?  "Prosesə üç dövlət qurumu nəzarət edir"

Son günlər həkim səhlənkarlığı ucbatından ölüm və xəsarət halları artıb. Maraqlıdır ki, tərkibində cinayət əməli daşıyan vəziyyət hələ də aktualdır. Bunun bir səbəbi də son günlər müxtəlif kurslarda oxuyub sertifikat və ya saxta diplom alan "həkim"lərlə bağlıdır. Dəfələrlə müşahidə edilib ki, həmin şəxslər heç bir ali tibbi təhsil almadan müxtəlif klinikalarda həkim kimi fəaliyyət göstərirlər. Sual yaranır ki, hər özünə "həkiməm" deyən şəxs klinikalarla necə əməkdaşlıq edir? Onların bu formada fəaliyyət göstərməsi nə qədər qanunidir? Həmçinin, bu kimi qanun pozuntularına yol verən neçə klinika və həkim cərimələnib?

Son.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, mülkiyyət formasından, yəni istər dövlət, istərsə də özəl sektor tabeçilik formasından asılı olmayaraq (ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə tabe olan), tibb müəssisələrində işə qəbulun bir proseduru var:

"Bunun üçün şəxsin tibb sahəsində fəaliyyət göstərən mütəxəssis olduğunu və ixtisasını təsdiq edən diplomu olmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə biz artıq ikipilləli təhsil sisteminə keçdiyimizə görə ümumi tibbi praktikanı təsdiq edən diplom və rezidentura təhsilini təsdiq edən diplom olmalıdır. O da həkimin konkret hansı sahənin ixtisası ilə mütəxəssis olduğunu təsdiq edir.

Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün universiteti və rezidenturanı bitirdikdən sonrakı beş il ərzində yenidən həkimlər və orta tibb işçiləri imtahana cəlb olunurlar. Buna da sertifikasiya imtahanı deyilir və hər bir həkimə və tibb bacısına sertifikat verilir. Deməli, ümumiləşdirərək, tibbi fəaliyyətlə məşğul olan həkimlərin, birincisi, tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edən diplomu, ikincisi, ixtisasını təsdiq edən diplomu, üçüncüsü isə praktiki fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı olmalıdır. Bu üç sənədi olmayan tibb işçisi tibb müəssisəsində ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməz".

Deputat əlavə edib ki, bu prosesdə qayda-qanuna nəzarət etmək üçün dövlət müəssisələrində ümumi reyestrdə həkimlərin elektron formada həm şəxsi kabinet şəklində sənədləri, həm də ümumi portalda əmək müqaviləsinin elektron forması olur:

"Əmək müfəttişliyi və digər yoxlayıcı qurumlar da asanlıqla elektron formada bu proseslə tanış ola bilərlər. Özəl sektorda isə dediyimiz kimi, həmin qaydada bu məsələlər öz həllini tapmalıdır. Əgər bu sahədə kənaraçıxmalar olarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi bu proseslərə nəzarət edir".

Qeyd edək ki, qanun pozuntularına yol verdiyi üçün cərimələnən klinika və həkimlərin statistikası ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və TƏBİB-ə sorğu ünvanlamışıq. Nəticəsi barədə məlumat verəcəyik.

8 dərəcə şaxta olub  FAKTİKİ HAVA like
  • 11 Yan 09:59  
Digərləri 8 dərəcə şaxta olub FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 9:00-a olan məlumatın

arrow Ətraflı
Bakının mərkəzində səkilər belə zəbt olundu like
  • 11 Yan 09:55  
Digərləri Bakının mərkəzində səkilər belə zəbt olundu

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.

arrow Ətraflı
Üç bürc bu həftə xəyanətə uğrayacaq like
  • 11 Yan 09:47  
Digərləri Üç bürc bu həftə xəyanətə uğrayacaq

Bəzən bəxt üz döndərir və ətrafımızda ən gözlənilməz anda vurmağa

arrow Ətraflı
Yeni virus nə qədər təhlükəlidir? like
  • 11 Yan 09:42  
Digərləri Yeni virus nə qədər təhlükəlidir?

Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darl

arrow Ətraflı
Bu şəxslərə də mənzillər veriləcək like
  • 11 Yan 09:27  
Digərləri Bu şəxslərə də mənzillər veriləcək

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v

arrow Ətraflı
Nuranın LosAncelesdəki oğlu və gəlini təxliyə olundu like
  • 11 Yan 09:19  
Şou-biznes Nuranın LosAncelesdəki oğlu və gəlini təxliyə olundu

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri ABŞ-nin Kaliforniya ştatının L

arrow Ətraflı
Zelenski Ukraynanın arzusunu dilə gətirdi like
  • 11 Yan 09:09  
Dünya Zelenski Ukraynanın arzusunu dilə gətirdi

"Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rus

arrow Ətraflı
Azərbaycan XİN ABŞyə başsağlığı verdi like
  • 11 Yan 08:53  
Digərləri Azərbaycan XİN ABŞyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınları ilə ba

arrow Ətraflı
Stüardessadan təhlükəsiz like
  • 11 Yan 08:53  
Digərləri Stüardessadan təhlükəsiz

"Təyyarə havada dairələr cızır və yerə enmirsə, bunda qorxulu heç

arrow Ətraflı
Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir? like
  • 11 Yan 08:46  
Digərləri Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir?

Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim edilən qidalar

arrow Ətraflı
Putin haqqında film çəkilir  rol ona həvalə olundu like
  • 11 Yan 08:27  
Digərləri Putin haqqında film çəkilir rol ona həvalə olundu

Britaniyalı aktyor Cud Lou fransız rejissor Olivye Assayasın ərsəyə gətir

arrow Ətraflı
Yusuf Dikeç müsahibə üçün şok məbləğ tələb etdi like
  • 11 Yan 08:19  
Digərləri Yusuf Dikeç müsahibə üçün şok məbləğ tələb etdi

Paris 2024 Olimpiya Oyunlarında Türkiyəyə 10 metr hava tapançası qarışı

arrow Ətraflı
Azərbaycanda daşıyıcı analıq qanunidir? like
  • 11 Yan 08:09  
Digərləri Azərbaycanda daşıyıcı analıq qanunidir?

"20-30 yaşlı xanımlar, follekul donoru olaraq 400-dən 700 manatadək pu

arrow Ətraflı
"Yaprak dökümü"nün Ayşesi illər sonra  FOTO like
  • 11 Yan 08:00  
Şou-biznes "Yaprak dökümü"nün Ayşesi illər sonra FOTO

"Yaprak dökümü"nün Ayşesi böyüdü - FOTO"Yaprak dökümü&

arrow Ətraflı