“Seçkidə vətəndaşlarımız Azərbaycanın gələcəyinə səs verəcək”
Kriminal 31 Yan 2024 12:46:00 435 0
"Fevralın 7-də vətəndaşlarımız Azərbaycanın gələcəyinə, güclü Azərbaycana səs verəcək".
Son.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında görkəmli muğam ifaçısı, Xalq artisti, professor Mənsum İbrahimov Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı secki-2024.az saytına açıqlamasında söyləyib.
Xanəndə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından qürur hissi keçirdiyini vurğulayıb: "Gələn ayın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, biz 30 il idi öz tarixi, dədə-baba torpaqlarımıza həsrət qalmışdıq, lakin builki prezident seçkilərinə bütöv Azərbaycan kimi gedirik, çünki işğaldan azad olunmuş Qarabağımızda da səsvermə keçiriləcək. Bununla da ölkəmizin hər bir ərazisində seçkilər baş tutacaq və bu yaddaqalan, əlamətdar hadisə olacaq".
Tanınmış muğam ifaçısı Qarabağ torpağında doğulmuş bir insan, uzun illər doğma el-obasının həsrətini çəkən şəxs kimi deyib ki, bu seçkilərin keçirilməsi olduqca qürurvericidir: "Allaha şükürlər olsun ki, artıq bu gün Qarabağın hər bir guşəsində Azərbaycanımızın müqəddəs, üçrəngli bayrağı dalğalanır. Əlbəttə ki, bu, güclü siyasətin və müzəffər ordumuzun qüdrəti, igid şəhidlərimizin, qazilərimizin sayəsində əldə olunub. Biz müstəqillik tariximizdə ilk dəfə olaraq qalib xalq kimi zəfər seçkilərinə gedəcəyik".
O, əmindir ki, vətəndaşlar Azərbaycanın gələcəyinə, güclü Azərbaycana səs verəcək. "Necə ki, bir yumruq kimi birləşib torpağımızı işğaldan azad etdik və bu gün də biz yumruq kimi birləşib həmin azad olunmuş əraziləri qurub tikməli, orada məskunlaşmalıyıq, əbədi yaşamalıyıq və Qarabağın əvvəlki şöhrətini həmin dövrdəkindən daha artıq formada özünə qaytarmalıyıq. Bunun üçün Azərbaycanın potensial qüvvəsi, imkanları, güclu dövləti və xalqı var.
"Mən inanıram ki, xalqımız mütəşəkkil şəkildə, vətəndaşlarımızın hər biri fəal olaraq layiqli namizədinə səs verəcək. Mənim üçün də bu seçkilər olduqca əhəmiyyətlidir. İnanıram ki, bu il ölkəmiz üçün uğurlu olacaq, dövlətmizin möhkəmlənməsi, Qarabağın çiçəklənməsi, orada quruculuq işlərinin görülməsi, ölkəmizin iqtisadi inkişafı üçün böyük işlər həyata keçiriləcək" - deyə, muğam ifaçısı vurğulayıb.
Bakıda mişar daşı ilə yüklü avtomobil təxminən 5-6 metr hündürlükdə
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılm
2023-cü il üçün dünya üzrə Korrupsiya İndeksi açıqlanıb. Siyahıda 18
Türkiyə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinova idman zalında
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə d
Xeyriyyəçi, teleaparıcı Hacı Nuran Hüseynov canlı efirdə kövrəlib.
Yaxın Şərqdə sülhün olması üçün beynəlxaq vasitəçilərə ciddi ehti
Almaniyada fevralın 1-dən 4 günlük iş həftəsinə keçidlə bağlı pilot
ABŞ-la İran arasında gərginliyin azı 44 illik bir tarixi var. Tehranda ABŞ
"Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xətti var və həmin qayna
Azərbaycanlı müğənni Şəbnəm Tovuzlu SSRİ xalq artisti Rəşid Behbudovu
Bacısını əzab verməklə öldürməkdə ittiham edilən 56 yaşlı Azər Əf
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun.
Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan tutduğu vəzifəd�
Sankt-Peterburqda zavoda PUA hücumu olub.