Korrupsiya reytinqi: İrəvan və Ankaranın “yeri”


Dünya 31 Yan 2024 12:34:00 307 0

Korrupsiya reytinqi: İrəvan və Ankaranın “yeri”

2023-cü il üçün dünya üzrə Korrupsiya İndeksi açıqlanıb. Siyahıda 180 ölkə əks olunub.

Son.az axar.az-a istinadən bildirir ki, korrupsiya ilə mübarizə baxımından dünyada 2023-cü ildə heç bir irəliləyişin olmaması, bütün ölkələrdə bu sahənin diqqətdən kənarda qalması təəssüflə vurğulanıb. Belə ki, 100 ballıq qiymətləndirmədə heç bir ölkə ən yüksək balı ala bilməyib, ölkələrin yarıdan çoxu isə 50-dən az bal toplayıb.

Bununla belə, "indeks"də olduqca "maraqlı" yanaşmalar var. Birinci yerdə 90 balla Danimarka qərarlaşıb - yəni korrupsiya baxımından ən sağlam ölkə Danimarkadır. Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, Lüksemburq ilk onluğu tamamlayır. Ənənəvi yanaşmadır, bütün reytinqlərdə bu ölkələr öndədir.

20-ci yerdə qərarlaşan Böyük Britaniya və Fransa Estoniya (12-ci yer) və Uruqvaydan daha "geridədir".

ABŞ isə Barbarosla eyni - 24-cü yeri bölüşüb və BƏƏ-ni (26) cəmi iki pillə qabaqlayıb.

42-ci yeri tutan İtaliyanın İsrail (33), hətta Qətərdən (40) sonra gəlməsi də diqqətçəkici məqamdır.

Ən maraqlısı Azərbaycanın qonşularıdır. Gürcüstan 49, Ermənistan isə 62-ci yerlə bəzi Avropa ölkələrini belə "qabaqlayıb".

Ən anlaşılmaz olan Türkiyə üçün ayrılan yerdir. Türkiyə 115-ci yerlə (34 bal) nəinki Gürcüstan və Ermənistana "böyük hesabla" uduzur, hətta Ərəbistan (53), Kuba (76), Hindistan (93), Qazaxıstan (93) və digər ölkələrdən də "geridə" qalır.

Ən dəhşətlisi Burkina Faso və Vyetnamın (83), hətta Belarus, Qambiya və Zambiyanın (98-ci yerlər), korrupsiya baxımından ciddi əziyyət çəkən Ukraynanın (104) belə Türkiyədən "öndə" olmasıdır.

Türkiyə 115-ci yeri İndoneziya, Filippin, Şri-lanka ilə "bölüşüb". Bu sırada yalnız 33 bal alan Monqolustan və Özbəkistan (121-ci yerlər) Türkiyədən geridədir.

"İndeks"də Mozambik və Nigeriya (145), Banqladeş, İran, Zimbabvenin (149) Azərbaycandan öndə göstərilməsi də bu siyahının hansı düşüncə ilə hazırlandığını göz önünə sərir. Azərbaycanı İraq və Qvatemala ilə 154-cü yerə pərçimləməyi normal məntiqlə anlamaq mümkün deyil.

"İndeks"in hansı prinsiplərlə hazırlandığı və qiymətləndirməni kimlərin apardığı aydındır. Əslində siyasi təbliğat vasitəsi olaraq istifadə edilən bu siyahılarda Qərbin ölkələrə münasibəti təsvir olunur. Əks halda Türkiyəni düşmən saydıqları Belarusdan, Azərbaycanı isə Rusiyadan belə çox-çox aşağı keçirməyin adı yoxdur və yaxud var: Bu "indeks" sərmayəçilərə mesajdır və investorlar bu siyahılara diqqət edirlər. Belarus və Rusiyaya onsuz da Qərb investisiyası gəlmir, gələ bilməz, çoxsaylı qadağalar var. Ona görə Türkiyədən "öndə" də ola bilərlər. Ancaq siyasi iradələrini həyata keçirə bilmədikləri Türkiyə və təbii ki, Azərbaycan öndə olarsa, investisiya axınına şərait yaratmış olarlar - bu isə qətiyyən maraqlarına uyğun deyil...

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sevincin idman zalından paylaşımı ÇOX DANIŞILDI  VİDEO like
  • 31 Yan 12:28  
Şou-biznes Sevincin idman zalından paylaşımı ÇOX DANIŞILDI VİDEO

Türkiyə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinova idman zalında

arrow Ətraflı
Azərbaycan bankları köhnə dollarları niyə almır? like
  • 31 Yan 12:23  
Digərləri Azərbaycan bankları köhnə dollarları niyə almır?

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda bəzi bankların köhnə d

arrow Ətraflı
Hacı Nuran canlı efirdə AĞLADI: like
  • 31 Yan 12:17  
Şou-biznes Hacı Nuran canlı efirdə AĞLADI:

Xeyriyyəçi, teleaparıcı Hacı Nuran Hüseynov canlı efirdə kövrəlib.

arrow Ətraflı
Qəzzada sülhün olması üçün beynəlxaq vasitəçilərə ehtiyac var  VİDEO like
  • 31 Yan 12:13  
Digərləri Qəzzada sülhün olması üçün beynəlxaq vasitəçilərə ehtiyac var VİDEO

Yaxın Şərqdə sülhün olması üçün beynəlxaq vasitəçilərə ciddi ehti

arrow Ətraflı
Almaniya dördgünlük iş həftəsinə keçir like
  • 31 Yan 12:08  
Dünya Almaniya dördgünlük iş həftəsinə keçir

Almaniyada fevralın 1-dən 4 günlük iş həftəsinə keçidlə bağlı pilot

arrow Ətraflı
İranla gərginlik ABŞa milyardlar like
  • 31 Yan 12:03  
Dünya İranla gərginlik ABŞa milyardlar

ABŞ-la İran arasında gərginliyin azı 44 illik bir tarixi var. Tehranda ABŞ

arrow Ətraflı
MSKnın qaynar xəttinə şikayət xarakterli məlumatlar daxil olmayıb like
  • 31 Yan 11:59  
Digərləri MSKnın qaynar xəttinə şikayət xarakterli məlumatlar daxil olmayıb

"Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xətti var və həmin qayna

arrow Ətraflı
Şəbnəm Tovuzlu canlı efirdə biabır oldu  VİDEO like
  • 31 Yan 11:53  
Şou-biznes Şəbnəm Tovuzlu canlı efirdə biabır oldu VİDEO

Azərbaycanlı müğənni Şəbnəm Tovuzlu SSRİ xalq artisti Rəşid Behbudovu

arrow Ətraflı
Bacısının üzərində siqaret söndürüb öldürənə like
  • 31 Yan 11:48  
Kriminal Bacısının üzərində siqaret söndürüb öldürənə

Bacısını əzab verməklə öldürməkdə ittiham edilən 56 yaşlı Azər Əf

arrow Ətraflı
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun  FOTO like
  • 31 Yan 11:45  
Digərləri Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun FOTO

Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun.

arrow Ətraflı
Paşinyan Ani İspiryanı işdən çıxardı like
  • 31 Yan 11:43  
Digərləri Paşinyan Ani İspiryanı işdən çıxardı

Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan tutduğu vəzifəd�

arrow Ətraflı
UEFA “Qarabağ”ın futbolçusunu like
  • 31 Yan 11:36  
Digərləri UEFA “Qarabağ”ın futbolçusunu

Avropa Liqasının qrup mərhələsini sonuncu turunda "Hekken"ə qar�

arrow Ətraflı
Məşhur yazıçı vəfat etdi  FOTO like
  • 31 Yan 11:35  
Digərləri Məşhur yazıçı vəfat etdi FOTO

Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.

arrow Ətraflı
Tiktoker Ləman Ülvira Qarayevanı məhkəməyə verir  VİDEO like
  • 31 Yan 11:30  
Şou-biznes Tiktoker Ləman Ülvira Qarayevanı məhkəməyə verir VİDEO

Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəmə ilə hədəl�

arrow Ətraflı