Prezidentdən hər kəsi maraqlandıran suala konkret cavab
Siyasət 12 Yan 2024 15:15:00 359 0
Bu ilə suverenliyini tam bərpa etmiş ölkə kimi başladıq. Ölkə başçısının da dediyi kimi, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonraya təsadüf edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq həyata keçirilməsi zəruri olan lokal xarakterli antiterror tədbirlərindən sonra vəziyyət tam dəyişdi. Xocalıda, Xankəndidə bayrağın qaldırılması ilə ədalət bərpa oldu.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Növbədə isə sülh müqaviləsinin imzalanmasıdır. Bu proseslərə qədər çətin, ağrılı-acılı günlərdən keçdik. Döyüşlərdə itkilərimiz oldu. Bu məsələni müharibəsiz də həll etmək təklif olunmuşdu. Belə ki, təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaqdı. Lakin, Azərbaycan bu təkliflə razılaşmadı. Ölkə başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı sualları cavablandırarkən bunun səbəbini açıqlayıb. O bildirib ki, bu, tarixi məsələdir: "Bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi", - ölkə başçısı söyləyib.
Prezident çıxışı zamanı Şuşanın azad olunmasının önəmi barəsində danışarkən bildirib ki, bu baş verməsəydi Üçtərəfli Bəyanata bəzi şərtləri saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq.
Göründüyü kimi dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. 44 günlük müharibə ərzində də, ondan sonrakı dövrlərdə də, bugün də Azərbaycana qarşı təzyiqlər edilir. Bu təzyiqlər əsasən daim ermənipərəst mövqeyi ilə seçilən Fransa tərəfindən edilir.
Bugünkü gündə də Fransa açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparır. Onlar Ermənistanı silahlandırmağa davam edir ki, bizi daim təzyiq altında saxlasınlar. Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Ermənistan da Fransaya arxalanaraq yenidən Qarabağı qaytarmaq eşqinə düşüb. Ermənistan bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik: "Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik", - ölkə başçısı söyləyib.
Ölkə başçısı sülh prosesindən də danışıb. O bildirib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması prosesində zəmanətçilərə ehtiyac duymur. Bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, Rəsmi Bakı buna da etiraz etmir: "Bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq", - deyən ölkə başçısı hər iki variantın da mümkünlüyünü bildirib.
İslam Son.azMəşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Co
Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç
Müğənni Nadir Qafarzadə ötən gün etdiyi paylaşımlarına görə tənqid
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Bakıda və Abşeron yarımadasında sabah havanın gün ərzində arabir yağı
Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Tə
13:13 Yanvarın 12-də müxtəlif biznes assosiasiyalarının nümayəndələ
"Son aylarda husilər Qırmızı dənizdə kommersiya gəmiçiliyinə qarş
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya gönd�
Təsdiq olunmuş yeni Baş Plana əsasən, şəhərin mərkəz hissələrində s
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə kö
Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MED�
Son.az qafqazinfo-ya istindən Cəlalə Nəzəroğlunun yazısını təqdim edir
Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.
Survivorda yarışan Turabi ilə Ögeday arasında mübahisə yenidən alovlanı